Sosial
Yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhərindəki M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Siyəzən şəhərindəki Azərpoçt MMC-nin Siyəzən filialında və Mədəniyyət evində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Füzuli rayon Ayartılı kənd tam orta məktəbində və Horadiz şəhər poliklinikasında, Bərdə rayon N.Nərimanov adına 3 nömrəli şəhər tam orta məktəbində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lənkəran şəhərində Mərkəzləşdirilmiş Kitabxanada, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Mərəzə şəhərindəki Təhsil şöbəsində yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.
FHN-dən Publika.az-a bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında məruzələr edilib, yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib.
Toplantılarda, eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi qeyd olunub.
Eyni zamanda, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO
-
Sosial20 Dekabr 22:48Köhnə və yeni dövrün qarşılaşdığı yer: Bakının unikal qəsəbəsindən REPORTAJ
-
Magazin120 Dekabr 21:48Hüseyn Dəryanın ölümündə həkimləri günahlandırdı























