Sosial
Azərbaycanda əcnəbilər iş icazəsini daha qısa müddətə ala biləcəklər
Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi müddətləri dövlət rüsumuna uyğun olaraq dəyişdirilib. Artıq bu icazəni 10 iş günü ərzində də almaq mümkün olacaq.
Bununla əlaqədar Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının “Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edilib.
Bu dəyişikliklərə görə, elektron xidmət artıq 23 iş günü ərzində icra edilməyəcək. Bu müddət “Dövlət rüsumu haqqında" qanuna əsasən ödənilən dövlət rüsumunun məbləğinə müvafiq olaraq, fərqli olacaq.
İndiyədək mövcud olan reqlamentə əsasən, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə görə dövlət rüsumu 3 ayadək 350 manat, 6 ayadək 600 manat, 1 ilədək 1000 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdi.
Yeni reqlametə görə isə ödənilən dövlət rüsumunun məbləğindən asılı olaraq, xidmət fərqli müddətlərdə icra ediləcək. Belə ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi 10 iş günü müddətində verildikdə - 3 ayadək 700 manat, 6 ayadək 900 manat, 1 ilədək 1400 manat, 15 iş günü müddətində verildikdə - 3 ayadək 500 manat, 6 ayadək 700 manat, 1 ilədək 1200 manat rüsum müəyyən edilib.
Yeni qərar artıq noyabrın 16-dan qüvvəyə minib. (trend)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





















.jpg)















.jpg)
.jpg)
