Sosial
Komitə sədri Elçin Əlibəylinin döyülməsindən DANIŞDI: Demirəm ki, o, psixi xəstədir, amma...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova keçirdiyi mətbuat konfransında kişilərin məişət zorakılığına məruz qalması barədə danışıb.
Publika.az xəbər verir ki, H.Hüseynova dövlət komitəsinə rəhbərlik etdiyi 14 il ərzində iki dəfə belə müraciətlə üzləşdiyini bildirib: “Birinci dəfə yaşlı bir kişi gəlib dedi ki, məni arvadımdan xilas edin. Kişinin 85, arvadın 82 yaşı var idi. Dedim, ağsaqqal nə məsələdir. Bizim əməkdaşlar, psixoloq onunla söhbət etdi. Sonra həmin kişinin Altsheymer xəstəsi olduğu üzə çıxdı.
İkinci halla təcridxanada olarkən qarşılaşdım. Orada gözəl bir qadın gördüm. Dedilər ki, bu, yoldaşının başını kəsib. Təsəvvür edin, bu nə qədər ağır bir işdir. Məlum oldu ki, qadının əri narkoman idi, içirdi, zorakılıq yox, elə şeylər edib ki, qadın artıq dözməyib və bu cinayəti edib. Onun uşaqları sığınacağa yerləşdirildi”.
H.Hüseynova qeyd edib ki, cəmiyyət bu hadisəyə vaxtında reaksiya verməli idi: “Ancaq qadınların kişilərə qarşı şiddətə yol verdiyinin intensiv olduğu barədə məlumatlar düzgün deyil”.
H.Hüseynova daha sonra teleaparıcı Elçin Əlibəylinin döyülməsi ilə bağlı suala cavab verib: “Bir çox hallarda belə məsələlər üzə çıxanda məlum olur ki, ciddi psixoloji problemlər var. Müraciət edirlər, sonra məlum olur ki, onun hansısa səbəbə görə səhhətində problem var. Mən demirəm ki, o, psixi xəstədir. Sonra onlar bunu hansısa televiziyada, yaxud sosial şəbəkədə bildirirlər, araşdıranda məlum olur ki, elə də ciddi məsələ deyil. Siz bizi də başa düşün, deyirlər ki, filan məsələ olur, Dövlət Komitəsi reaksiya vermir. Komitə hər bir halda reaksiya verir. Elə bir hal ola bilməz ki, biz reaksiya verməyək, bu, bizim işimizdir. Amma Dövlət Komitəsinin ayrı işləri də var. Başa düşürsüz?! Ona görə də bizi narahat edən məsələlər barədə məlumatları çatdırırıq. Hər hadisə ilə bağlı hər dəfə açıqlama versək, bu, düzgün olmaz. Bunun üçün aidiyyəti qurumlar, hüquq-mühafizə orqanları var. Bir çox hallarda cinayət işi açılır, konkret olaraq məlumat yoxdur ki, bu işi törədən kimdir. Bu zaman bizdən tələb edirlər ki, deyin ki, kim günahkardır. Biz bunu deyə bilmərik, çünki hələ araşdırma gedir. Biz bu araşdırmalar bitəndən sonra açıqlama verəcəyik ”.
Səxavət
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





