Sosial
Dövlət Komitəsi uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürdü
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Suraxanı rayonunda yerləşən 2 nömrəli uşaq evində uşaqlardan birinin müəllim tərəfindən döyülməsi hadisəsini nəzarətə götürüb.
Bu barədə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı yanvarın 18-də Dövlət Komitəsinin Uşaq şöbəsinin müdiri və psixoloqu həmin müəssisəyə yollanıblar: “Bu gün həmin müəssisədə görüş keçirilib. Dövlət Komitəsinin əməkdaşları orada uşaqların saxlanılması şəraiti ilə tanış olublar. Uşaq hüquqlarının müdafiəsi çərçivəsində uşaqlara qarşı ehtiyaclarının təmin edilməsi istiqamətində meyarların qiymətləndirilməsi aparılıb. Uşağın sağlamlığı ilə bağlı müayinələr aparılıb və ona psixoloji yardım göstərilib. Hazırda məsələ nəzarət altındadır. Həmin müəssisənin rəhbərliyi ilə birlikdə əməkdaşlıq çərçivəsində araşdırmalar davam etdiriləcək”.
Qeyd edək ki, Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və videogörüntülər yayılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin yaydığı məlumatda bildirilib ki, hadisə ötən ilin dekabr ayında baş verib. Qeyd olunub ki, məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub. (report)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
