Sosial
Əhaliyə ŞAD XƏBƏR: Yanvarın 22-dən başlanır
Azərbaycan Respublikası Prezidentinin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna (Fond) həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb.
Publika.az xəbər verir ki, bununla bağlı Fonddan məlumat verilib.
Bildirilib ki, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb, kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb və kirayə mənzil fondu formalaşdırılıb.
Bununla əlaqədar, Fond vətəndaşların nəzərinə çatdırır ki, mexanizm çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq.
Müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək.
Elektron İmzanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya Mərkəzi Poçtdan, ASAN İmzanı isə “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzləri vasitəsilə xidmət göstəriləcək.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş yazılı və ya video-təlimatla tanış olmaqla əldə etmək mümkündür.
Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.
-
Rəsmi xronika13:36İlham Əliyev təsdiqlədi: Gələn ildən...
-
İdman13:24Dünyanın ən seksual qadın futbolçusu məşqdən paylaşdığı FOTOLARLA hər kəsi heyran etdi
-
Yaxın Şərq13:18İrana hücum fevralın 21-də başlamalı imiş: Bu səbəbdən təxirə salınıb
-
Nida Xəbər 12:24BDU tələbələri ilə bağlı nalayiq paylaşımlar davam edir - Foto
-
Nida Xəbər 11:51İranda Azərbaycan vətəndaşları xəsarət alıb? - Rəsmi
-
Yaxın Şərq11:12Təsdiqləndi: ABŞ-ın üç əsgəri bu ölkədə öldürülüb
-
Rəsmi xronika10:40Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı - FOTO
-
İqtisadi gündəm10:18Azərbaycanda bu məhsullar bahalaşacaq








.jpg)





















.jpg)
.jpg)





