Sosial
Azərbaycanda qoruqlar, muzeylər dezinfeksiya edildi
Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruq və təhsil müəssisələrində koronavirus (COVİD-19) epidemiyasına qarşı tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilib.
Agentlikdən Publika.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin yanında operativ qərargahın bütün təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması ilə bağlı qərarına uyğun olaraq Azərbaycan Turizm və Menecement Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin tədris binalarında və həyətyanı sahələrində bu istiqamətdə tədbirlər görülüb.
Eyni zamanda Şəkinin "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun Narın Qala divarları daxilində, eləcə də digər obyektlərdə dezinfeksiya işləri aparılıb, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
Dezinfeksiya işləri qoruğun inzibati binaları, Şəki Xan Sarayı və onun həyəti, Dairəvi Məbəd, Şəki xanlarının ev muzeyi, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Dövlət Rəsm Qalereyası, “Sənətkarlar evi” binası və digər obyektlərdə həyata keçirilib.
“Kiş” Tarix-Memarlıq Qoruğunun obyektlərində də dezinfeksiya işləri baş tutub.
Dezinfeksiya işlərinin aparıldığı obyektlər martın 8-dən etibarən xidmətə açılıb.
Mart və aprel ayları ərzində Dövlət Turizm Agentliyinin tabeliyindəki digər qoruqlarda da önləyici tədbirlərin görülməsi planlaşdırılır.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)





















.jpg)
.jpg)

