Sosial
Yas mərasimlərinə məhdudiyyət qoyuldu - RƏSMİ
“Təzə Pir” məscidinin mərasim zalında yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildirilib.
Məhdudiyyətin nə zaman aradan qaldırılacağı məlum deyil.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) koronavirus təhlükəsi ilə bağlı tövsiyəsindən sonra məscidlərə, ziyarətgahlara gələn insanların sayında xeyli azalma var.
QMİ-dən bildirilib ki, hər gün məscidlərə gələn insanların sayı barədə QMİ-yə məlumat verilir və gələn insanların sayında xeyli azalma müşahidə olunur.
Vurğulanıb ki, QMİ-nin bu tövsiyəni məcburi qaydada icra etdirmək mexanizmi yoxdur. Ancaq məscidlərə gələn insanlara izah olunur ki, virusun yayılma təhlükəsini nəzərə alaraq imkan daxilində dindarlar evlərində fərdi qaydada namaz qılsınlar, sanitar-epidemioloji vəziyyət imkan vermədiyi təqdirdə məscid daxilində bütün tədbirləri, mövlud, şəhadət, ehsan məclislərinin təxirə salsınlar.
Qeyd olunub ki, dindarlar da bu məsələyə şüurlu şəkildə yanaşırlar, yəni məsələnin vacibliyini, ictimai təhlükəsizliyi nəzərə alırlar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
