Sosial
Bu şəxslər 190 manat pul yardımını ALA BİLMƏYƏCƏK - Nazir AÇIQLADI
Baş nazirin 7 aprel tarixli qərarı ilə işsizlər üçün birdəfəlik ödəmənin verilməsi təsdiq olunub. Bu şəxslər heç bir iş yeri və qazancı olmayan əmək qabiliyyətli şəxslərdir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Real TV-nin “Mir Şahin vaxtı” verilişinə müsahibəsində deyib.
Nazir dəstək paketinin mahiyyətindən danışıb:
“Cənab Prezident tərəfindən bir milyard manat dövlət büdcəsindən, iki milyard manat isə digər mənbələrdən olmaqla ümumilikdə 3 milyard vəsait ayrılıb. Bu vəsaitlər müxtəlif sosial məşğulluq qurumları arasında bölüşdürülmüşdür. Sırf sosial və məşğulluq qurumlarına ayrılan büdcə 400 milyon manatdır. Bəhs etdiyim 400 milyon manat əmək müqaviləsi ilə işləyən, hazırda işsiz olan, iş yerlərini itirən və xüsusi həssas qruplara aid olan şəxlərə veriləcək.
Bu gün VÖEN əsasında fəaliyyət göstərən şəxslər, tələbələr, Silahlı Qüvvələrin əməkdaşları və s. şəxslər məşğul şəxslər hesab olunurlar. Bundan başqa pay torpaq sahibləri də bu kateqoriyaya aiddirlər. Bu şəxslər işsiz kateqoriyasına aid edilmir”.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur















.jpg)

















.jpg)
.jpg)

