Sosial
E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk onluğundadır
Beynəlxalq internet saytları üzrə istifadə statistikalarını təqdim edən alexa.com saytının (ABŞ, San-Fransisko) məlumatına görə, “Azərbaycanın top saytları” siyahısında (https://www.alexa.com/topsites/countries;1/AZ) e-sosial.az portalı 6-cı yerdədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, portal ölkəmizdə ən çox müraciət olunan google.com, youtube.com, google.az, wikipedia.org və mail.ru kimi populyar saytlardan sonra ziyarətçi və baxış sayına görə 6-cı yeri tutub.
E-sosial.az portalı ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə əmək, məşğulluq, sosial müdafiə, pensiya, müavinət, əlillik, reabilitasiya və s. üzrə məlumatlara çıxış və 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə faydalanmaq imkanı verir.
Qeyd edək ki, alexa.com-un təqdim etdiyi siyahıdakı ilk onluqda sonrakı yerləri my.gov.az, e-gov.az, facebook.com və oxu.az saytları tutur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
