Sosial
DİN nümayəndələri veteranlarla görüşdü - FOTO
İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 75 il keçir. Qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana siyasi hakimiyyətə qayıtdıqdan sonra imzaladığı sərəncamla hər il mayın 9-u Qələbə Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməyə, müharibə veteranlarının sosial-məişət şəraitinin, maddi rifahının yaxşılaşdırılmasına başlandı, onların müalicələrinin təşkili istiqamətində əsaslı tədbirlər həyata keçirildi, müvafiq fərman və sərəncamlar imzalandı.
Milli Liderin Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olanların ailələrinə göstərdiyi diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyindən (DİN) Publika.az-a verilən məlumata görə 9 May Qələbə Günü ərəfəsində daxili işlər orqanlarında xidmət etmiş Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.
Mayın 8-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişi ilə Nazirliyin nümayəndələri alman faşizmi üzərində möhtəşəm qələbədən sonra həyatlarını daxili işlər orqanlarında xidmətə sərf etmiş bir qrup Böyük Vətən müharibəsi iştirakçısının evində olub, nazir V.Eyvazovun səmimi təbriklərini və bayram hədiyyəsini onlara çatdırıblar.
Veteranlardan Müseyib İlyasov, Mehdi Mehdiyev, Əli Hacıyev, Əlikişi Cümşüdov, Səfər Abdullayev və Əzim İbrahimov göstərdiyi yüksək diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq








.jpg)



























