Sosial
Yol polislərindən nümunəvi ADDIM
Sürücülər üçün təlim keçən Arzu Babazadə karantin günlərində xeyirxah işlər də görüb. O, ümumilikdə 12 ailəyə uzun müddət üçün nəzərdə tutulan yardımlar təşkil edib. Arzu Babazadəyə bu işdə dostları da kömək edib. Yardım edilənlər arasında Qarabağ və Aprel döyüşlərinin iştirakçıları, 4 fikizi qüsurlu ailə də olub. Həmin ailələrə yardım kampaniyasına polislər də qoşulub.
Publika.az xəbər verir ki, bu barədə Avtosfer.az-a məlumat verən A.Babazadə deyib ki, ərzaq yardımı üçün maddi dəstəyi Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları edib.
Fiziki qüsurlu iki nəfərə isə əlil arabasının alınmasına Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yardım edib. Şöbənin əməkdaşı, polis baş leytenantı Zaur Cahangirovun təşkilatçılığı ilə şöbənin bütün əməkdaşları pul yığaraq əlil arabalarını alıblar. Arzu Babazadə isə həmin arabaları ehtiyacı olan şəxslərə çatdırıb:
“Mən polis əməkdaşlarına təklif etdim ki, yardımları və əlil arabalarını paylamaq üçün bizimlə birlikdə getsinlər. Amma onlar bunu istəmədilər və bildirdilər ki, biz reklam istəmirik. Mən isə Avtosfer.az saytı vasitəsilə həm öz adımdan, həm də həmin ailələr adından Azərbaycan polisinə təşəkkürümü bildirirəm”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
