Sosial
Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirildi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara yardım aksiyası keçirilib.
On ildən artıq müddətdə hər il Moskvadakı Poklonnaya qorada “Ramazan çadırı” adlı mədəni-xeyriyyə layihəsi həyata keçirilir.
Müqəddəs Ramazan ayında bütün arzu edənlər iftar vaxtı bu çadıra şam yeməyinə və peşəkar milli kollektivlərin çıxışlarını dinləməyə gəlirlər.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi təşkil edir. Bu il koronavirus epidemiyasına görə “Ramazan çadırları” ləğv edilib, amma könüllülər ehtiyacı olan insanlara ərzaq məhsulları və hazır yeməklər aparırlar. Rusiya Müftilər Şurasının bu xeyriyyə proqramında Azərbaycan da iştirak edib. Bununla əlaqədar, “Şatyor-TV”nin növbəti buraxılışı Azərbaycan mədəniyyətinə həsr edilib.
Buraxılışda qeyd edilib ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi “Zəkat” Fondu ilə birlikdə ehtiyacı olan insanlara ərzaq dəstləri çatdırılmasında iştirak ediblər. Buraxılışın aparıcısı əvvəlki illərdə keçirilən Azərbaycan axşamlarını xatırlayaraq, belə aksiyaların əhəmiyyətini qeyd edib, müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O deyib: “Qoy Ulu Tanrı sizin xeyirxah əməllərinizə bərəkət versin!”.(AzərTAc)
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur















.jpg)

















.jpg)
.jpg)

