Sosial
Azərbaycandan sığınacaq istəyənlərin NƏZƏRİNƏ: Bu sənəd verilməyəcək
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) arasında əldə olunmuş razılığa əsasən, 2020-ci il iyulun 1-dən etibarən BMT QAK-ın qaçqın statusunu müəyyənləşdirməsi məqsədilə fərdi iddialara baxılması və BMT QAK-ın himayə sənədlərinin verilməsində müəyyən dəyişikliklər ediləcək.
Bu barədə Publika.az-a DMX-dən məlumat verilib.
Bildirilib ki, dəyişikliklər aşağıdakılardır:
- 2020-ci il iyulun 1-də və həmin tarixidən sonra Azərbaycan Respublikasında sığınacaq üçün müraciət etmiş şəxslərə BMT QAK tərəfindən Himayə Sənədi verilməyəcək;
- 2020-ci il iyulun 1-də və ondan sonra sığınacaq üçün müraciət etmiş şəxslər inzibati və məhkəmə qaydasında şikayət mərhələləri də daxil olmaqla bütün milli sığınacaq proseduru ərzində DMX tərəfindən verilən Müvəqqəti Şəhadətnamə ilə təmin ediləcəklər;
- BMT QAK yalnız 2020-ci il iyulun 1-dək sığınacaq üçün müraciət etmiş şəxslərə himayə sənədinin verilməsini və uzadılmasını davam etdirəcək;
- Bu dəyişikliklər 2020-ci il iyulun 1-dən əvvəl Azərbaycanda sığınacaq üçün müraciət etmiş şəxslərin BMT QAK-da qeydiyyatı və ya sənədləşdirilməsi prosesinə heç bir mənfi və ya retroaktiv təsir göstərməyəcək;
- BMT QAK yalnız 2020-ci il iyulun 1-dək sığınacaq üçün müraciət etmiş və monitorinq prosesi nəticəsində BMT QAK-da qaçqın statusunun müəyyən edilməsi tövsiyə olunmuş şəxslər üçün qaçqın statusunun müəyyənləşdirilməsini davam etdirəcək;
- Beləliklə, 2020-ci il iyulun 1-də və ondan sonra sığınacaq üçün müraciət etmiş şəxslərin vəsatətlərinə yalnız DMX və milli məhkəmələr tərəfindən baxılacaq, BMT QAK tərəfindən baxılmayacaq;
- BMT QAK yalnız yardım (hüquqi, tibbi, maliyyə və s.) göstərilməsi və müəyyən edilmiş uyğunluq meyarlarına əsasən monitorinq məqsədilə 2020-ci il iyulun 1-dən sonra müraciət etmiş şəxslərin qeydə alınmasını həyata keçirəcək;
- Bununla belə, BMT QAK aidiyyətində olan şəxslərin himayəsi və onlara yardımı sahəsində müntəzəm fəaliyyətlərini davam etdirəcək.
Qeyd olunan dəyişikliklərlə əlaqədar suallarla bağlı bazar ertəsindən cümə gününədək saat 10:00 – 13:00 ərzində BMT QAK-ın hüquqi məsləhət xəttinə (+99451) 207 - 59 -96 və ya (012) 492 – 14 - 43 (əlavə olaraq iki düyməsinə basın) zəng edə və ya BMT QAK-ın [email protected] elektron poçtuna yazmaq olar.
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi








.jpg)




.png)













.jpg)
.jpg)





