Sosial
2,2 min əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin edildi
Cari ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 2,2 min nəfər əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin olunub.
Nazirlikdən Publika.az-a bildirilib ki, 4 minə yaxın əlilliyi olan şəxsə 11 mindən çox reabilitasiya vasitəsi verilib, yaşı 65-dən yuxarı 15 min tənha yaşlıya evlərində sosial xidmətlər göstərilib. 1000 nəfər isə sosial xidmət müəssisələrində stasionar şəraitdə xidmətlərlə təmin olunur.
Yeni sosial layihələr kimi, eşitmə və nitq qabiliyyəti olmayanlar üçün video portal - www.surdotv.az istifadəyə verilib. Sağlamlıq imkanları məhdud uşaqlara həmyaşıdları tərəfindən diqqət və qayğı ilə yanaşmanı təbliğ edən cizgi filmləri hazırlanıb.
Nazirliyin Sumqayıt, Lənkəran, Xaçmaz, Şəki şəhərlərindəki əlilliyi olan şəxslər üçün regional bərpa mərkəzləri də əsaslı təmir olunub və yaxın vaxtlarda istifadəyə veriləcək. Həmçinin ilin sonunadək Şağan Müalicə Pansionatı və Şirvan şəhərindəki bərpa mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra, həmçinin Şəmkir və Qəbələ şəhərlərində tikilən uşaq bərpa mərkəzlərinin açılışı planlaşdırılıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)