• USD 1,7000 0,00% EUR 1,9837 0,00%
    • GBP 2,1690 0,00% RUB 0,0221 0,00%

İçdiyimiz çayın 60 faizini bu rayon istehsal edir

  • Sosial
  • 15 Avqust 2020 08:49
  • 723 Baxış
İçdiyimiz çayın 60 faizini bu rayon istehsal edir

Astara rayonunda çayçılıq kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindəndir. Rayonda çayçılığın inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.

Çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə "Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi nəticəsində Astarada çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənib, çay plantasiyalarının əkin sahəsi genişləndirilib.

Ölkəmizdə mövcud çay plantasiyalarının təxminən 26,4 faizi, çay istehsalının isə 60 faizi Astara rayonunun payına düşür.

Publika.az xəbər verir ki, bu barədə Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov məlumat verib.

Bildirilib ki, hazırda rayonda 272,5 hektar çay sahəsi var və bu sahələrdən 2020-ci il 1 avqust vəziyyətinə 393,3 ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 128,5 ton (48,5 faiz) çox məhsul yığılıb. Məhsuldarlıq isə hektardan 9,4 sentner artaraq 28,7 sentnerə çatdırılıb.

Diqqətə çatdırılıb ki, Astarada çayçılıqla 5 kənd təsərrüfatı müəssisəsi məşğuldur. Bu ilin yeddi ayında həmin müəssisələr tərəfindən 143,2 ton və ya 81,5 faiz çox yaşıl çay yarpağı istehsal edilərək fabriklərə təhvil verilib. Məhsuldarlıq isə 6,9 sentner artaraq 15,4 sentner olub.

Əhali təsərrüfatları tərəfindən isə 250,1 ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 34,5 faiz çox məhsul yığılıb.

Hazırda Astarada çay yığımı davam edir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR