Sosial
WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsində təşkil ediləcək Şəhərsalma Sərgisi (Urban Expo) həm əhatə dairəsi, həm də iştirakçı təşkilatların sayına görə forum tarixinin ən böyük sərgisi olacaq.
Publika.az xəbər verir ki, WUF13 Şəhərsalma Sərgisində dünyanın 66 ölkəsindən 163-dən çox təşkilat iştirak edəcək.
Forumda özəl sektorun iştirakı da rekord səviyyədə olacaq. Belə ki, WUF13-də ümumilikdə 45 şirkət təmsil olunacaq, onların 14-ü isə startapdır. Tədbir çərçivəsində startaplar və innovativ təşəbbüslər üçün xüsusi platforma – Biznes və İnnovasiya Habı (Mərkəzi) ilk dəfə iştirakçıların istifadəsinə veriləcək.
WUF13-də dünyanın müxtəlif ölkələrindən 44-dən çox şəhər meri də iştirak üçün qeydiyyatdan keçib. Bu, Forumun qlobal şəhər idarəçiliyi və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini bir daha nümayiş etdirir.
Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının sessiyadakı iştirakı da yüksək səviyyədə olacaq. Şəhərsalma Sərgisində 42 vətəndaş cəmiyyəti təşkilatı və fond təmsil olunacaq.
Qeyd edək ki, xəbərdə yer alan məlumatlar bu günədək olan informasiyadır. Rəqəmlər dəyişə bilər.
Xatırladaq ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçiriləcək və tədbir çərçivəsində şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, iqlim çağırışları, rəqəmsal transformasiya və inklüziv urbanizasiya məsələləri müzakirə olunacaq.
-
Sosial22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin122:125 milyon baxışı olan mahnını yutubddan sildirdi
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu






















.jpg)














