Cənubi Qafqaz
Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
Ermənistan Fransadan ilk SEZAR artilleriya sistemlərini alıb.
Publika.az xəbər verir ki, bu barədə “Defense24” saytı yazıb.
Sayt qeyd edib ki, SEZAR-ların Ermənistana verilməsi təkcə hərbi təchizat yox, Fransanın Cənubi Qafqaza daha genişmiqyaslı hücumunun bir hissəsidir: “Paris regionda Rusiyanın təsirini zəiflətməyə və Ermənistanın uzunmüddətli təhlükəsizlik tərəfdaşına çevrilməyə çalışır”.
Bildirilib ki, Fransanın Ermənistana dəstəyi siyasi bəyanatlardan konret hərbi əməkdaşlığa doğru inkişaf edir.
“SEZAR-ların ilk partiyası artıq Ermənistanın əlindədir və Respublika Günündə (28 may) keçiriləcək paradda təqdim etməyə hazırlaşırlar. Məlumatlara görə, Ermənistan Fransadan 36 ədəd SEZAR almaq istəsə də, nə qədər artilleriya sisteminin çatdırıldığı məlum deyil. Hərçənd, istiqamət məlumdur: Ermənistan Fransa artilleriyasına, hava hücumundan müdafiə sistemlərinə, ümumilikdə hərbi təchizatda Qərb standarlarına doğru irəliləyir”, - sayt yazıb.
Asif
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
































