Nida Təhlil
Əliyev Makronun Ermənistan-Türkiyə sərhədini keçməsinə niyə icazə vermədi? - Budur səbəblər
Ermənistanda səfərdə olan Fransa prezidenti Emmanuel Makron quru sərhədi ilə Türkiyəyə keçmək istəsə də, Ankara Bakı ilə danışıqlardan sonra buna icazə verməyib. “Azfront” teleqram kanalının məlumatına görə, Makron Ərdoğanla görüşmək üçün Ermənistandan Türkiyəyə quru sərhədi ilə keçmək istəyirmiş. Səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılıb, lakin məsələ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın masasına gəldikdə o, Azərbaycanla müzakirələrdən sonra Makronun quru sərhədini keçməsinə razılıq verməyib.
Makronun Ermənistan-Türkiyə sərhədini keçmək istəyinin arxasında həm İrəvanın, həm Parisin siyasi hədəfləri var.
İrəvan Türkiyə ilə sərhədin açılmasında Azərbaycanın rolunun arxa plana keçməsinə çalışır. Paşinyan da daxil olmaqla Ermənistan rəsmiləri dəfələrlə Ankara-İrəvan xəttindəki normallaşma prosesində “üçüncü tərəfin” (söhbət Bakıdan gedir) iştirakına qarşı çıxıblar və sərhədin açılmasına ikitərəfli münasibətlər kontekstində baxılmasına nail olmağa çalışıblar. Lakin Ankara Bakının maraqları fonunda bundan imtina edib, hətta Türkiyə və Ermənistanın “üçüncü şəxslərin sərhəddən keçidi” ilə bağlı razılaşması da praktiki olaraq işləmir. Bu kontekstdə Makronun sərhədi keçmək istəyi düşünülmüş plan idi.
- Ermənistan bununla “üçüncü şəxslərin sərhəddən keçidi” razılaşmasında,
- Bakı-Ankara xəttində müəyyən narazılıq yaratmaq və Azərbaycanı Türkiyə-Ermənistan danışıqlarından kənarlaşdırmaqda,
- Türkiyə ilə sərhədin açılması prosesində Bakının şərtlərinin yerinə yetirilməsi prioritetini dəyişdirməkdə praktiki nəticə əldə edə bilərdi;
- Və sərhədi Fransa prezidentinin keçməsi İrəvan üçün əsaslı presedent yaradacaqdı;
Paris Türkiyə ilə quru sərhədini adlamaqla təkcə Ermənistanın önünü açmır, həmçinin, Ankara-İrəvan danışıqlarında təsiredici oyunçu səviyyəsinə yüksələ bilər. Bu, Fransanın Azərbaycan-Ermənistan danışıqlarına təsir imkanlarını, ümumilikdə Cənubi Qafqazdakı rolunu gücləndirə biləcək amil idi. Makron Ermənistandan quru yolla Türkiyəyə getməklə Cənubi Qafqazın yenidən qurulan siyasi münasibətlər arxitekturasında “təminatçı”ya çevrilmək istəyirdi, lakin Ərdoğanla Əliyev buna imkan vermədi.
Müəllif: Asif Nərimalı
-
Kriminal19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir













.jpg)
























