Sosial
DİN-dən Kəramət Böyükçöllə bağlı daha bir AÇIQLAMA
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə gənc yazar Kəramət Böyükçölün respublikanın rəhbər şəxsləri barəsində səsləndirdiyi xoşagəlməz ifadələrə görə saxlanılması barədə yayılan məlumatlara münasibət bildirib.
Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır:
"Xəbər verildiyi kimi, Kəramət Böyükçöl qonşularının və kirayədə qaldığı evin sahibinin şikayətləri əsasında saxlanılıb. Həmçinin Kəramət Böyükçölün saxlanılması həm də onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədi daşıyır. Belə ki, son günlər Kəramət Böyükçölün sosial şəbəkələrdə sərxoş vəziyyətdə özünü aparması izləyiciləri və yaxın ətrafında onun sonda intihar edəcəyi fikri yaradıb. Sosial şəbəkələrdə bununla bağlı şərhlərə də rast gəlmək mümkündür. Dostları və izləyiciləri onun intihar edəcəyi ilə bağlı həyəcan təbili çalırdı. Ona kömək edilməsi ilə bağlı çağırışlar edilirdi. Bu baxımdan Kəramət Böyükçölün saxlanılmasının səbəbi, haqqında olunan şikayətlərdən başqa, həm də onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədi daşıyır".
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

