Sosial
Bu testdən sonra karantinlə bağlı QƏRAR VERİLƏCƏK - Həkim
Ölkəmizdə seroloji testlərin keçirilməsində əsas məqsəd əhalinin təxminən neçə faizinin koronavirusla qarşılaşması və bu virusa qarşı nə qədər immunitet əldə edilməsini öyrənməkdir.
Bu sözləri Publika.az-a tanınmış androloq-uroloq Vasif İsmayıl seroloji testlərin əhəmiyyətindən danışarkən deyib.
O bildirib ki, virusla qarşılaşan insanlarda müəyyən anti-cismlər yaranır və bunu qanda müəyyənləşdirməyin yolu seroloji testlərdən keçir: “Həmin anti-cismlər bizi təkrar yoluxmadan qoruyur. Testlərin məqsədi əhali arasında bu faizi hesablamaq və insanların immunitet səviyyəsini müəyyənləşdirməkdir. Biz bilirik ki, bir çox insanlar bu xəstəliyi yüngül formada keçirə bilirlər. Bəzi insanların heç xəbəri də olmur ki, onlar koronavirusa yoluxublar, bu xəstəliyi keçiriblər. Yəni həmin virusa qarşı immunitetin yaranmasından xəbərsiz olurlar”.
Vasif İsmayıl onu da əlavə edib ki, bu testlər müraciət əsasında aparılmır: “Bu proses təsadüfi seçilmiş insanlar arasında könüllülük prinsipi üzrə həyata keçirilir. Bu testlərin aparılması ikinci dalğa gələcəyi təqdirdə, eləcə də koronavirusla ümumi mübarizə çərçivəsində strategiyanın bir parçası ola bilər. Əhali arasında yoluxmanın səviyyəsini müəyyən etməklə bizi gözləyən təhlükənin səviyyəsini müəyyənləşdirmək çətin olmayacaq. Nə dərəcədə qorxmalı və qorunmalı olduğumuz, yenidən karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olub-olmadığı bu testlərdən sonra bilinəcək. Onu da bildirməliyəm ki, bu, tam təhlükəsiz testdir və dövlət hesabına həyata keçirilir”.
Tural
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı

























.jpg)







