Sosial
“Günə 5-10 sifariş olur” – Bakı Tikiş Evi məktəbli formalarının qiymətini və tələbatı AÇIQLADI
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə qərar verib. Qərara əsasən, respublikada fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin siniflər üzrə fərqli tarixlərdə və əyani formada təşkili təmin ediləcək.
Bir neçə gün öncəyə qədər orta məktəblərdə ənənəvi dərslərin başlanması ilə bağlı qərarın verilməməsi valideynləri “məktəbə hazırlıq görüm, yoxsa görməyim? sualı qarşısında qoymuşdu.
Rəsmi qərarın avqustun 29-da verilməsi isə 15 sentyabra sayılı günlər qalarkən valideynlərin işini vaxt baxımından bir az da çətinləşdirib.
Xüsusilə övladı birinci sinifə gedəcək valideynlər məktəbə hazırlığı səbirsizliklə gözləyirlər. Bəs maraqlıdır, Bakı Tikiş Evində (BTE) məktəbə hazırlıq işləri görülürmü? Tədrislə bağlı qərardan sonra necə fəaliyyət göstərirlər?
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, rəsmi qərara qədər saxlama hissələrində ötən ildən qalan formalar var idisə, artıq məktəblərin ənənəvi qaydada bərpası qərarından sonra tikiş də həyata keçirilməyə başlanıb: “Bizdə heç vaxt sifariş olmayıb. Formalar BTE-nin öz mağazalarına göndərilir. Məktəbli formalarını 2010-cu ildən bəri istehsal edirik və materialı Türkiyədən gəlir. Formalarımız azı bir il heç bir dəyişikliyə məruz qalmır. Hazırda anbarımızda müəyyən miqdarda formalar var, tikilməyə də başlanıb. Olmayan ölçülər isə həmişə olduğu kimi tikilir. Hazırda iri ticarət mərkəzləri (mollar) istisna olmaqla paytaxtın müxtəlif hissələrində mağazalarımız fəaliyyət göstərir”.
Şöbə müdirinin sözlərinə görə, alıcılar artıq mağazalara gəlməyə başlayıb və canlanma müşahidə olunur: “Gündə 5-10 dəst məktəbli forması satırıq. Artıq tələbat var, qarşıdakı günlərdə alıcıların sayı artacaq. İndiki vaxtda ilk olaraq sentyabr ayının 15-dən ibtidai siniflərin dərslərə başlaması təmin olunacaq. Ona görə də məhz I-IV siniflər üçün nəzərdə tutulan məktəbli formalarına tələbat var. Hazırda mağazalarımızda məktəbli formaları var, müştərilər 09:00-dan 18:00-a qədər mağazalara gələ bilərlər”.
E.Əzimov qeyd edib ki, qiymətlərdə heç bir dəyişiklik yoxdur və hazırda satış 2017-ci ildə təyin olunan qiymətlər əsasında həyata keçirilir: “I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Bu ölçülərdən böyük olduqda isə o ölçüyə uyğun olaraq tikiş həyata keçirilir. Keçən ildən daha böyük ölçülü məktəbli formaları qalıb və hazırda onları satışa çıxarırıq. 54-dən yuxarı çox az sayda olur və 56, 58, 60 ölçülərində formalar tikilir”.
Akqabay Mıradov
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı






























.jpg)



.jpg)

