Sosial
Azərbaycanda tanınmış şirkətdən şəhid ailəsinə dəstək - FOTOLAR
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs imzalandıqdan bəri sərhəddə atışmalar, atəşkəsin pozulması, düşmənin təxribatları adətən işğal olunmuş ərazilərdə baş verirdi. Bu ilin iyul ayında isə düşmən gözlənilmədən Azərbaycan - Ermənistan sərhədində yerləşən Tovuz rayonunun Ağdam kəndini atəşə tutdu. Daha sonra ağır artilleriya atəşləri Tovuzun digər sərhəd kəndlərinə də yönəldi. Ordumuz düşməni layiqli zərbə ilə geri oturtsa da, hərbçilər və dinc sakinlər arasında şəhid olanlar, yaralılar oldu.
Həmin günlərdə xalq öz ordusunun arxasında durdu. Hər kəs bir yolla dəstək olmağa çalışdı. Könüllü döyüşə qatılmaq üçün can atmaqdan tutmuş, əsgərə ərzaq daşımağa qədər... Təbii ki, hər zaman olduğu kimi, şəhid ailələri də yaddan çıxmadı. Dövlətin dəstəyi ilə yanaşı, iş adamları, müxtəlif sahələrdə çalışan şəxslər, iş adamları şəhid ailələrinə baş çəkdi, maddi və mənəvi cəhətdən dəstək oldular.
Publika.az xəbər verir ki, bu dəstək hələ də davam edir.
Əldə etdiyimiz məlumatlara görə, Tovuz döyüşlərində şəhid olmuş, gizir Yaşar Babayev və baş əsgər Elşad Məmmədovun ailəsini Azərbaycanda gigiyena məhsulları və uşaq bezləri sektorunun aparıcı şirkətlərindən olan “VƏLİOĞLU-2018” öz məhsulları ilə ödənişsiz təmin edəcək.
Belə ki, şirkət, şəhid Yaşar Babayevin qızı Narin Babayevanın və şəhid Elşad Məmmədovun Məhəmməd adlı 7 aylıq övladının gigiyena məhsullarını (Predo bezləri, nəm salfetləri, uşaq şampunları ), həmçinin, ailəni Predo yuyucu tozları, Kris sabunları və Lexi şampunları kimi məhsulları ilə təmin edəcək.
Şirkət haqqında araşdırmamız zamanı bəlli oldu ki, şirkət 2018-ci ildən "Predo" uşaq bezləri və baxım lexi şampunları, kris sabunları məhsullarının satışı və rəsmi distribütorluğu ilə məşğuldur. 2 ildir fəaliyyyət gösdərməsinə baxmayaraq, şirkət bir çox xeyriyyə tədbirlərində aktiv iştirak edib, amma bunu ictimaiyyətləşdirməyib.
Belə həssas məqamda öz dəstəyini əsirgəməyən hər kəsə olduğu kimi, "VƏLİOĞLU-2018" şirkətinə də, belə bir rəqabətli sektorda, ticari sahədə, öncəliyinin insanlara ən yaxşı şəkildə xidmətin olması, həmçinin də humanist, sosial duyarlılığı ilə ölkə iqdisadiyyatına olan dəstəyinə görə, xüsusi təşəkkür düşür.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


























.jpg)


