Sosial
Məşhur alimi duyğulandıran xəbər: Zəngilanın çinar meşələri dünyada və Avropada...
Sevindirici, həm də duyğulu məqamlardır. Böyüdüyüm, 18 yaşadək yaşadığım, uşaqlıq illərimin keçdiyi bölgənin azad olunması xəbərini eşitmək mənim üçün çox sevindirici hadisədir.
Bu sözləri Publika.az-a açıqlamasında tanınmış tarixçi Nəsiman Yaqublu deyib. Əslən Zəngilan rayonundan olan alim sevinc hisslərini bizə bölüşüb:
“Doğmalarımın məzarları Zəngilandadır. Uşaqlıq xatirələrimin hamısı Zəngilanla bağlıdır. Zəngilan Azərbaycanın ən gözəl bölgələrindən biridir, onun ərazisindən çox gözəl çaylar axır. Araz, Ovçu, Təkəri və s. çaylar. Zəngilanın çox gözəl çinar meşəsi var, bu meşə öz ərazisinə və gözəllyinə görə dünyanın ikinci, Avropada isə birinci yerdə dayanır. Həqiqətən əsrarəngiz təbiəti olan bölgədir.

Eyni zamanda Azərbaycan Ordusunun zəfər yürüşlərinə çox sevinirəm. Arzu edirəm ki, tezliklə bütün bölgələrimiz azad olunsun və torpaqları işğal altında olan digər kənd və rayonların sakinləri də tezliklə eyni ilə mənim bu sevinc hisslərimi yaşasınlar. Və bütün bunlardan sonra azad olunmuş ərazilərdə böyük bərpa işləri aparmağa başlayaq. Hər bölgəmizin azad olunması bizi daha da ruhlandırır və duyğulandırır. Azərbaycan xalqı bir daha öz gücünü ortaya qoydu və qətiyyətli şəkildə də öz torpaqlarını azad etmək gücünə malik olduğunu göstərdi. Bu gün hər bir Azərbaycan vətəndaşı həm ordunun, həm də dövlət başçısının ətarfında bir yumruq şəkildə birləşib ki, bu da qələbənin əsas həllini təşkil edir”.
Aytən Məftun
-
Elm və təhsil19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı




























.jpg)






.jpg)

.jpg)
