Sosial
Şəhid ailəsinə ətir göndərən deputatın köməkçisindən QƏRİBƏ AÇIQLAMA: İnsan çimməməlidir? - - VİDEO
Video əlavə olunub.
xxx
"Milli Məclisin deputatı Məşhur Məmmədov tapşırmışdı ki, şəhid ailələrinə “siz tək deyilsiniz” devizi altında kampaniyaya qoşulaq. Ona görə də biz bir sıra bölgələrə yardım bağlamaları hazırladıq. Bir bağlamanın içində un, yağ, düyü vardı. Digərinə şampun, sabun, ətirlər qoymuşduq. Amma onlar keyfiyyətli məhsullar idi. Çünki deputat bizə tapşırıb ki, bağlamalara ucuz, keyfiyyətsiz mallar yığmayaq".
Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a deputat Məşhur Məmmədovun köməkçisi Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Aqil Məlikovun ailəsinə göndərilən və qalmaqala səbəb olan sovqat barədə danışarkən deyib.
Köməkçinin sözlərinə görə, burada qəribə heç bir hal yoxdur: “İnsana yeməkdən başqa şeylər də lazımdır. Burada qəribə nə var ki, insan çimməməlidir?”.
Köməkçisi millət vəkili Məşhur Məmmədov hazırda Bakıda deyil, Türkiyədə olduğunu və məsələ ilə bağlı açıqlama veriləcəyini söyləyib.
Köməkçi daha sonra isə Məşhur Məmmədovun koronavirusa yoluxduğunu bildirdi.
Gün ərzində deputata məxsus mobil telefona dəfələrlə zəng vursaq da telefon “avtonom” rejimə qoyulduğu üçün danışa bilmədik.
Qeyd edək ki, deputat, iş adamı Məşhur Məmmədov digər deputat Anatoliy Rafailovun dairəsindəki şəhid ailəsinə yardım edib. Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan kapitan Aqil Məlikovun yaxın qohumu Səma Aydəmir deyib ki, ailəyə göndərilən “üzrxahlıq sovqatı” duş geli, şampun, ətir, antibakterial gel, makaron və düyü olub. Şəhidin ailə üzvləri deputatın göndərdiyi bağlamanı bələdiyyəyə qaytarıb. Sonra isə Rafailovun köməkçisi yenidən xahiş-minnətlə bu paketi geri gətirib.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

