Sosial
İcra başçısı şəhid ailəsinin evində - FOTO
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid Quliyev Hüseyn Həsən oğlunun ailəsini ziyarət edib.
Publika.az xəbər verir ki, şəhidin atası Həsən Quliyevin müraciəti əsasında onunla görüşən şəhər rəhbəri Azərbaycanın suverenliyi uğrunda şəhid olan Hüseyn Quliyevə Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyib.
Şəhidin atası qeyd edib ki, onların övladı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıb. Şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
Niyazi Bayramov Həsən Quliyev və ailənin digər üzvlərini narahat edən məsələlərlə maraqlanıb. Onların müraciət və istəklərini dinləyən şəhər rəhbəri Həsən Quliyevin müalicəsi üçün lazım olan bütün tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verib. Bununla yanaşı şəhid bacılarının işlə təminat məsələsi də yerindəcə öz həllini tapıb.
Həsən Quliyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü ifadə edib. O, həmçinin şəhidin məzarüstünün hazırlanması və yas mərasimin təşkili üçün Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinə də minnətdarlığını bildirib.
Qeyd edək ki, 21 yaşlı Quliyev Hüseyn Həsən oğlu 3 oktyabr tarixində Kəlbəcər istiqamətində gedən döyüşlərdə raket zərbəsi nəticəsində şəhid olub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
