Sosial
RİİB yeni könüllülük proqramına start verir
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) yeni könüllülük proqramına start verir. Əsas məqsəd könüllülərin RİİB-in fəaliyyətində fəal iştirakını təmin etmək, eləcə də onların bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına və uğurlu karyera əldə etmələrinə təkan verməkdir.
Publika.az xəbər verir ki, proqramın məramı, həmçinin gənclərdə sosial məsuliyyət hissini artırmaq, onların ölkə üzrə şəbəkələşməsinə və sosiallaşmasına dəstək verməkdən ibarətdir. Bu çərçivədə könüllülər üçün təlimlər, seminarlar təşkil olunacaq, onların iştirakı ilə müxtəlif layihələr, tədbirlər və sosial aksiyalar keçiriləcək, həmçinin gənclərə öz təşəbbüslərini reallaşdırmaq üçün dəstək göstəriləcək.
RİİB-in fəaliyyətində iştirak etmək arzusunda olan 17-29 yaş arasında hər bir gənc könüllü kimi qeydiyyatdan keçməklə proqrama qoşulmaq üçün müraciət edə bilər. Proqrama qoşulmaq istəyənlər http://riib.az/site/bizeqoshul linkinə daxil olaraq qeydiyyatdan keçməlidir.
Proqramın icrasına 2021-ci ilin yanvar ayından başlanılacaq. Daha ətraflı məlumatı www.riib.az saytından və ictimai birliyin sosial şəbəkə hesablarından əldə etmək olar.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)




























.jpg)

.jpg)