Sosial
Zamirə Hacıyeva məhkəmədə uduzdu, əmlakı HƏBSDƏ QALDI
İngiltərə və Uels Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşının onun əmlakına həbs qoyan Britaniyanın hakimiyyət orqanlarının qərarından verdiyi apellyasiya şikayətini rədd edib.
Publika.az xəbər verir ki, Zamirə Hacıyevə prestijli Naytsbricdə ev almaq üçün pulun mənşəyini izah etməsini tələb edən orderə qarşı çıxmaq üçün əlindəki bütün imkanlarını itirib.
Zamirə Hacıyeva 2018-ci ilin fevralında Böyük Britaniyanın “Qeyri-müəyyən mənbəyə malik sərvətə görə order” (UWO) adlı yeni hüquqi mexanizmin tətbiq edildiyi ilk sakini olub. Onunla bağlı ümumilikdə iki order verilib: qadından onun özünün və ərinin 11,5 milyon funt sterlinq (15 milyon ABŞ dolları) məbləğində ev, hər il məşhur at yarışlarının keçirildiyi Berkşir qraflığının yaxınlığındakı Askot şəhərində 10,5 milyon funt sterlinq (13,5 milyon ABŞ dolları) qolf klubu almaq üçün vəsaiti necə əldə etmələrinin izahı tələb olunub. İstintaq sənədlərində Hacıyevanın son 10 ildə Londonun Harrods univermağında lüks mallar üçün 16 milyon funt (21 milyon ABŞ dolları) xərclədiyi də göstərilir.
"Bu hadisə UWO-ya aid başqa işlərin müzakirəsi zamanı faydalı presedent olacaq. Xanım Hacıyevanın daha qanuni orderə etiraz etmək üsulları qalmadı”, - Britaniyanın İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin İqtisadi Cinayətlər Mərkəzinin (NCA) rəhbəri Qrem Biqqar bildirib. “İndi bizə bu aktivlərə aid olan lazımi informasiyanı verməyə məcbur ediləcək”, - Biqqar əlavə edib.
Qeyd edək ki, fevralda London məhkəməsi Zamirə Hacıyevanın səs-küylü prosesini başa çatdırıb. Hələ 2018-ci ildə müvafiq ittihamın irəli sürüldüyü Z.Hacıyeva ötən müddət ərzində iki dəfə apellyasiya versə də, son nəticədə prosesi uduzub.
Hər hansı gəliri olmayan Z.Hacıyevanın Londonda dəbdəbəli həyat tərzi sürməsi Britaniyanın İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin İqtisadi Cinayətlər Mərkəzinin diqqətindən yayınmayıb. / "Report"
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video
-
Nəqliyyat5 İyun 21:39Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
Nida Xəbər 5 İyun 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam
-
Hadisə5 İyun 18:10Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi









.jpg)
.jpg)
























