Sosial
Cavanşir Feyziyevdən aztəminatlı ailələrə DƏSTƏK
COVID-19 pandemiyasının ikinci dalğası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsindən sonra yenidən iş yerlərinin sayı azalıb. Bir tərəfdən pandemiya məhdudiyyətləri, digər tərəfdən isə havaların soyuması və qar yağması ilə bağlı gündəlik gəlirlərindən məhrum olmuş günəmuzd işçilər də Yeni il bayramı ərəfəsində maddi sıxıntılarla üzləşir. Fəaliyyət sahəsi məhdudlaşdırılmış müəssisələrin işçilərinə dövlət büdcəsindən ödənişlərin həyata keçirilməsi bərpa edilib və Prezident İlham Əliyevin sərəncamına əsasən iş yerini itirmiş vətəndaşlara ödənilən kompensasiya vəsaitləri artıq onların şəxsi hesabına köçürülüb.
Bununla yanaşı, ayrı-ayrı vətəndaşlar tərəfindən aztəminatlı ailələrə maddi dəstək göstərilməsi ilə bağlı xeyriyyə tədbirləri də yenidən canlanıb. Yeni il və Dünya Azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində xalq aztəminatlı ailələrlə əsl həmrəylik nümayiş etdirir.
Milli Məclisin Şəki rayonundan seçilmiş deputatı Cavanşir Feyziyevin Şəkidəki qərargahının üzvləri növbəti dəfə aztəminatlı ailələrə dəstək aksiyasına başlayıblar. Bütün yaşayış məntəqələri üzrə əvvəlcədən tərtib olunmuş siyahılar əsasında aztəminatlı ailələrə ərzaq yardımı çatdırılır. Bu gündən etibarən başlayan, pandemiya dövründə sayca 3-cü dəstək marafonu Şəki şəhərini və rayonun bütün kəndlərini əhatə edir. Xeyriyyə tədbiri çərçivəsində 600 aztəminatlı ailəyə yardım göstərilməsi nəzərdə tutulur. Qərargah üzvləri Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində başladıqları xeyriyyə tədbirini dekabr ayının 30-dək başa çatdırmağı planlaşdırırlar.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)