Sosial
Ombudsman şəhid ailələri və qazilərlə görüşdü
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən Müharibəsi iştirakçısı olmuş bir qrup qazi və şəhid ailələri ilə görüş keçirib.
Publika.az xəbər verir ki, Ombudsman Aparatında keçirilən görüşlərdə şəhid Elnur Allahverdizadənin atası Əli Həsənov, şəhid Əli Vəliyevin atası Kamran Vəliyev, şəhid Rəşad Quliyevin anası Mətanət Quliyeva və həyat yoldaşı Aytən Quliyeva, eləcə də qazilər Ervin Cavadov, Mansur Məmmədov, Pərviz Quliyev və Elvin Orucov iştirak ediblər.
Ombudsman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə şəhidlərimizin ailə üzvlərini və qaziləri təbrik edib. Səbinə Əliyeva şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və öz qanları bahasına torpaqlarımızı düşməndən azad etdiklərini vurğulayıb, şəhid ailələrinə səbir diləyib.
Görüşdə dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət barəsində danışılıb. Eyni zamanda, Ombudsman şəhid ailələri və qazilərin müxtəlif məzmunlu müraciətlərini dinləyib və qayğıları ilə maraqlanıb. Səbinə Əliyeva onların qeyd etdikləri məsələlərin həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini və müraciətlərin nəzarətdə saxlanılacağını qeyd edib.
Görüşün yekununda Ombudsman bir daha Azərbaycan Ordusunun bütün əsgər və zabitlərinə işğal altında olan torpaqlarımızın azad edilməsinə görə dərin minnətdarlıq hissi duyduğunu bildirib.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq








.jpg)



























