Sosial
ŞOK: noxud paketindən elə bir şey çıxdı ki... - FOTO
“Richmond” noxud paketindən parçaya bükülmüş kül çıxıb.
Publika.az xəbər verir ki, bu barədə Deyla Əliəziz adlı xanım sosial şəbəkədə məlumat yayıb. O, aldığı paketin içindən çıxan parçaya bükülmüş külün fotosunu çəkib və narahatlığını dilə gətirib:
“Bir müddət əvvəl aldığım noxudu bu gün bişirməyə qərar verdim. Paketin içindən köhnə parça düşdü, düyünü açdım, boz kül var idi. Qorxdum deyə bütün noxudu atdım”, - müştəri qeyd edib.
Sosial şəbəkə istifadəçiləri yayılan görüntülərə öz münasibətini bildirib. Bəziləri qeyd edib ki, kül ərzaqları qurddan və bəzi həşəratlardan qoruyur, istifadə müddətini artırır. Bu, Azərbaycan xalqının məhsulları, xüsusilə noxud və mərcini uzun müddət saxlamaq üçün istifadə etdiyi təbii üsuldur. Başqaları isə olayı tənqid edib və parçanın cadu olduğunu yazıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə münasibət bildirib: “Azad İstehlakçılar Birliyinin təcrübəsində dietik çörəyin içindən 10 sm-lik bolt, peraşkinin içindən insan dişi çıxması və s. kimi hallara rast gəlinib. Təəssüf ki, bu kimi hadisələr baş verir. Külün ağzı bağlı qablaşdırmaya düşməsi o deməkdir ki, məhsulun istehsalında heç bir təhlükəsizlik tədbirləri görülməyib. Qablaşdırmaya kənar cisimlər düşürsə, o halda heç bir gigiyenadan danışmaq olmaz. Təəssüfləndirici məqam ondan ibarətdir ki, istehlakçı məhsulu açdığı üçün bunu sübut edə bilmir. Hər halda istehlakçı malı dəyişmək və qaytarmaq hüququna malikdir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə məlumat verməyi tövsiyə edirəm”.
Ekspert əlavə edib ki, kül heç bir kimyəvi təsiri olmayan, maddənin son halıdır: “Külün məhsulun ömrünü uzatmaq kimi təsirinin olması səhv fikirdir. Külün içərisində nar və heyva saxlanılır. Lakin bu halda meyvələrin saxlandığı qab tamamilə küllə doldurulmalıdır. Parçaya bükülmüş kül noxudun içinə kənardan düşüb”.
Qeyd edək ki, sözügedən məhsul “Azərsun” şirkətinə məxsusdur. Şirkət Publika.az-a bildirib ki, bu barədə araşdırma aparacaq.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)










.webp)













.jpg)


