Sosial
Daha üç rayonda şəhid ailələrinə təqaüd kartları təqdim edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Lənkəranın Ürgə kəndində şəhid polkovnik-leytenant Mehman Şirvanovun, Masallı rayonunda şəhid Murad Nefesovun və Biləsuvarın Nəsimi kəndində şəhid Seyran Vəliyevin ailələrində olublar.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, hər üç şəhid ailəsinə Prezidentin aylıq təqaüdü, sosial müavinətlər artıq təyin edilib. Fondun sədr müavini Mətin Əsgərli bu barədə şəhid ailələrinə məlumat verib, təqaüd kartlarını, həmçinin “Şəhid ailəsi üzvü” vəsiqələrini təqdim edib.
Şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri onların diqqətinə çatdırılıb. İstədikləri halda bu tədbirlərdən necə faydalanmaları olduqları, ümumilikdə gələcəkdə yaşayışlarının daim diqqətdə saxlanacağı barədə məlumat verilib.
Şəhidlərin ailələrinin sosial vəziyyətləri öyrənilib, onların ailə üzvlərinin məşğulluq və özünüməşğulluq yönümündə gələcəkdə müvafiq dəstək tədbirləri ilə əhatə olunmaları üçün qeydlər aparılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
