Sosial
İlkin vaksinasiya 3 ay müddətində başa çatacaq – Solmaz Qarayeva
“Bu gündən 2 saylı şəhər poliklinikasında vaksinasiyaya start verilir. Yəqin ki, 3 ay müddətində proses başa çatacaq”.
Bunu Publika.az-a açıqlamasında 2 saylı şəhər poliklinikasının şöbə müdiri Solmaz Qarayeva deyib.
Şöbə müdiri bildirib ki, tibb işçiləri vaksinasiya olunduqdan sonra peyvəndlər əhaliyə də vurulacaq: “Artıq 50 yaşdan yuxarı əhalinin siyahısı tərtib olunub. Bizə deyilən kimi onlarla əlaqə saxlanılacaq. İlk olaraq 65 yaşdan yuxarı əhali vaksinasiyaya dəvət olunacaq. Fevralın 1-dən sonra əhalini poliklinikaya dəvət edib vaksinasiya edəcəyik. Onlar da 14-21 gündən sonra revaksinasiya olunacaqlar. Yəni ikinci peyvənd vurulacaq. Vaksin vurulacaq şəxslər əvvəlcə müayinədən keçəcəklər. Onlara “prob” vurulmayacaq”.
S.Qarayeva vətəndaşlara çağırış edib: “Onlara demək istəyirəm ki, bu elə bir infeksiyadır ki, mütləq vaksinasiya olunmalıdır. Hər bir infeksion xəstəliyin qarşısı immunizasiya ilə alınır. Bu dəfə də belə olacaq. Bu, dövlət xətti ilə görülən işdir. Əhalidən xahiş edirəm ki, vaksinasiyaya aktiv qoşulsunlar. Sahə həkimləri çağırdıqda gəlib vaksinasiyadan keçsinlər. Bu, könüllülük prinsipi ilə həyata keçirilir. Əks göstəriciləri olmayanları vaksinasiya edəcəyik. Hamilə qadınlar və 18 yaşa çatmayanlar vaksinasiya olunmayacaq. Bəzi xəstələr var ki, onlara ehtiyatla yanaşmaq lazımdır. Bunlar aktiv epileptik tutmaları olan xəstələrdir”.
Tural Turan
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

