Sosial
Psixoloq valideynləri diqqətli olmağa çağırdı: məktəblinin bu problemi varsa...
Nazirlər Kabinetinin xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı qərarına əsasən, xüsusi karantin rejimi dövründə Respublikada fəaliyyət göstərən bütün təhsil müəssisələrində fevralın 1-dən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili təmin ediləcək. 4 aya yaxındır ki, məsafədən təhsilə özlərini uyğunlaşdırmağa çalışan və ənənəvi təhsil prosesindən kənarda qalan şagirdlərin əyani tədrisə adaptasiyası valideynləri narahat edən səbəblərdəndir.
Bəs, həm fiziki, həm də psixoloji olaraq şagirdlərin çətinliklə üzləşməsinin qarşısını almaq üçün valideynlər, eyni zamanda müəllimlər nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı Publika.az-a danışan psixoloq Vəfa Əkbər bildirib ki, uyğunlaşmaq deyilərkən burada yuxu və evdən çıxma nəzərdə tutulur ki, buna isə uşaqlar daha çox meyillidirlər: “Uşaqlar çölə çıxmaq və sosial mühitə daxil olmağa daha çox maraqlıdırlar və tez adaptasiya olurlar. Onlar həftənin 5 günü səhər erkən yuxudan durub onlayn dərslərə qoşulduqlarına görə məktəbə getmək üçün səhər erkən oyanmalarında da hansısa bir problemin yaranacağını düşünümürəm. Ancaq hər halda valideynlər bir həftə müddətində, yəni bu gündən başlayaraq uşaqla bu barədə söhbət etməlidir. Valideyn bunu uşağa təlqin edərək hazırlamalıdır. Elə başa salınmalıdır ki, uşaq sanki məcburi deyil, həvəslə məktəbə getməlidir”.

V.Əkbərin sözlərinə görə, əgər məktəblinin hansısa problemi varsa, bu həftələr ərzində mütləq özünü göstərəcək: “Qorxuları varsa da üzə çıxacaq. İbtidai sinif şagirdlərinin daha çox “hansısa müəllimdən qorxuram, filan şagirdlə bir yerdə oturmaq istəmirəm” kimi problemləri olur. Onlar həftə ərzində xəyal edərək, düşünərək və ya valideyn bu barədə danışarkən özünü o vəziyyətdə hiss edərək problemi üzə çıxarıb deyəcəklər. Həmin ərəfədə valideyn övladının probleminin nə olduğunu bildikdə ona yardım edə bilər, edə bilməzlərsə psixoloqa müraciət edə bilərlər”.
Psixoloqun fikrincə, distant təhsil uşaqlarda müəyyən psixoloji sarsıntıları da qoydu ki, onlar öz həmyaşıdlarından, sosial mühitdən uzaqlaşdılar. Bu səbəblər onlarda fiziki yorğunluğa gətirib çıxara bilər: “Düşünürəm ki, bu bir qədər uşaqlarda fiziki yorğunluq yaradacaq. Çünki birdən-birə aktiv həyata keçəcəklər. Ancaq bu da məhdud sayda olacaq. Bakı, Abşeron və Sumqayıtda həftədə 3 dəfə, bölgələrdə isə 4-5 dəfə tədris aparılacaq. Bunu da nəzərə alaraq valideyn və ibtidai sinif müəllimi mütləq şəkildə şagirdlə danışmalı, ünsiyyət qurmalı və vəziyyəti ona izah etməlidir”.
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)



.png)















.jpg)
.jpg)





