Sosial
Yeni ştamm TƏHLÜKƏSİ: Baş həkim ÇAĞIRIŞ ETDİ
“Hələ ki, koronavirusun yeni ştamları ölkəmizdə qeydə alınmayıb. Avropada qeydə alınan nəticələrə əsasən demək olar ki, COVID-19-un yeni növ ştamları bizə tanış olan virusla müqayisədə özünü daha ağır formada göstərir. Buna görə də insanlarımız ehtiyatlı olmalıdırlar. Çünki biz yenə də xəstəliyin artmasını gözləyirik. Təhlükə hələ ki, tam sovuşmayıb”.
Bunu Publika.az-a açıqlamasında Abşeron rayonu, Fatmayı həkim məntəqəsinin baş həkimi Risalə Həsənova deyib. Baş həkimin sözlərinə görə, dünyada yayılan koronavirusun yeni növ ştamlarından heç kəs sığortalanmayıb: “Ona görə də insanlar ilk növbədə öz məsuliyyətlərini dərk etməlidirlər. Tibbi maska və spirtdən əvvəlki qaydada istifadə etməlidirlər. Ara məsafəsinə diqqət yetirilməlidir. Xüsusən yaşlı insanlar özlərini əvvəlki qaydada qorumalıdırlar. İnsanlar bilməlidirlər ki, bu sadaladıqlarım hələ bir müddət həyat tərzimiz olmalıdır. Yeganə qurtuluş yolu budur. Koronavirus dünyaya yayılan gündən mütəxəssislərin məsləhətləri hələ də qüvvədə qalır. Bir sözlə, məsuliyyət, məsuliyyət, məsuliyyət!”
Risalə Həsənova hesab edir ki, insanlar öz sağlamlıqlarının qeydinə qalaraq mütləq vaksinasiya olunmalıdırlar: “Dövlətimiz sağ olsun ki, insanlar üçün vaksinasiyanı pulsuz təşkil edib. Koronavirusun dünyada sonu gəlmədiyi üçün yoluxma riskinin artması da gözləniləndir. Vaksinasiya virusun kökünün tamamilə kəsilməsinə səbəb olacaq. Rəhbərlik etdiyim tibb müəssisəsində kim vaksinasiya olunmalı idisə, hamısına vaksin vurulub. Vaksinasiya məsələsində də vətəndaşları məsuliyyətli olmağa çağırıram”.
Tural Turan
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)





















.jpg)
.jpg)

