Sosial
Türk psixoloqlar 300-ə yaxın şəxsə yardım etdi - FOTO
Vətən müharibəsi nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoloji reabilitasiyası davam etdirilir.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə FHN-in dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəmizə gəlib.
FHN-in “112” qaynar telefon xətti vasitəsilə psixoterapevtik yardım üçün qeydiyyata yazılmış vətəndaşlarımızdan bugünədək 300-ə yaxın şəxsə mütəxəssislər tərəfindən müvafiq yardım göstərilib.
Qeyd edək ki, FHN-in psixoloqları tərəfindən Vətən müharibəsi zamanı cəbhəyanı zonada, habelə erməni terrorunun hədəfi olmuş şəhər və rayonlarda əhaliyə yerində prixoloji yardımın göstəriliməsi təmin edilib. Belə ki, psixoloqlarımız şəhid ailəsi üzvlərinə, yaralılara, mərmi və raket zərbəsinə hədəf olmuş evlərin sakinlərinə və müvəqqəti təxliyə olunmuş çoxsaylı vətəndaşa baş çəkərək onlara psixoloji və mənəvi dəstək olublar.
Həmçinin, ötən ilin aprel ayından etibarən FHN-in “112” qaynar telefon xətti vasitəsilə yeni növ koronavirusun (COVID-19) səbəb olduğu pandemiyadan psixoloji sarsıntı keçirən vətəndaşlara təcili psixoloji yardım təşkil olunub. Ötən dövr ərzində 2000-dən artıq vətəndaş müvafiq psixoloji yardım alıb.
Xatırladırıq ki, ödənişsiz psixoloji yardım almaq üçün FHN-in “112” qaynar telefon xəttinə zəng etmək lazımdır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)