Sosial
Bu il Bakı, Sumqayıt və Abşerondakı bütün şəhid ailələri mənzillə təmin ediləcək
Bu il Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon qeydiyyatı olan bütün şəhid ailələri və müharibə əlilləri mənzillə təmin ediləcək.
Publika.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu il 3000-ə qədər mənzilin şəhid ailəsi və müharibə əlilinə təqdim edilməsi planlaşdırılır. Həmin mənzillər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon qeydiyyatı olan bütün şəhid ailələri və müharibə əlillərini əhatə edəcək. Qeyd edilən şəhər və rayonda mənzillə təmin olunmayan və yaşayış ehtiyacı olan heç bir şəhid ailəsi və müharibə əlilli qalmayacaq:
"Paralel olaraq, regionlarda da bu iş aparılır. Ötən il 800 ev məhz regionda yaşayan şəhid ailəsi və müharibə əlilinə təqdim edilib. Bu proqram bu il də davam etdiriləcək.
Nazir əlavə edib ki, şəhid ailələri və müharibə əlilləri üçün Binəqədi rayonunun Xocasən qəsəbəsində, Sumqayıt şəhərində, Qaradağ rayonunda yaşayış kompleksləri tikiləcək və il ərzində hazır olduqca istifadəyə veriləcək.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)