Sosial
Onların problemlərinin həll olunması ilə bağlı iş aparılır - Şöbə müdiri
“Bu günə qədər çox sayda Vətən müharibəsinin iştirakçıları, qazilər və şəhid ailələri ilə görüşlər keçirmişik, onların problemləri ilə yaxından maraqlanırıq. Bizə edilən müraciətləri, eyni zamanda həmin şəxslərlə görüş zamanı səsləndirdikləri problemləri tez bir zamanda həll etməyə çalışırıq”.
Bu sözləri Publika.az-a açıqlamasında Füzuli Rayon İcra Hakimiyyətinin başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hafiz Misirli deyib.
Şöbə müdiri qeyd edib ki, Vətən müharibəsinin iştirakçıları, qazilər və şəhid ailələri ilə görüşlərin keçirilməsinə ötən həftədən başlanılıb və bu proses mərhələli şəkildə davam edəcək: “Bunun üçün görüşlərimiz davam edir, onların problemlərini dinləyirik. Özüm də müharibə iştirakçısıyam, bütün müharibə iştirakçılarının problemləri ilə yaxından maraqlanıram. Özləri də şöbəmizə fərdi qaydada müraciət edirlər, edilən müraciətlər qeydə alınır və problemlərinin həll olunması ilə bağlı iş aparılır”.
H.Misirlinin sözlərinə görə, əsas məqsəd odur ki, şəhid ailələri, müharibə iştirakçıları və qazilərin hansısa problemi qalmasın: “Problemlərin hər birini həll etmək istəyirik, məqsədimiz budur. İcra hakimiyyətinə aid olmayan problem və istəkləri həmin istiqamət üzrə aidiyyəti qurumlara yönləndiririk, təşkilatlarla təmas yaradırıq. Şöbəmizə məşğulluqla, ev və ev təmiri ilə bağlı daha çox müraciət olunur.
Özümüz də kənd və qəsəbələrə gedərək onlarla görüşürük. Dünən Kərimbəyli kəndində olmuşam, şəhid ailələri ilə görüşdük, onların problemlərini dinlədik. Bu gün Arayatlı kəndində Vətən müharibəsi qazisi ilə görüşümüz oldu. Bundan əvvəl də şəhid ailələri ilə görüşlərimiz olub. Rayonun Qarabağ kəndində də şəhidimiz var, o ailədə də olmuşuq, istəklərini dinləmişik. Bu proses mərhələli şəkildə aparılır, müharibə iştirakçılarının, şəhid ailələri və qazilərin hər biri ilə görüşümüz olacaq”.
Akqabay Mıradov
-
Yaxın Şərq10:47Atəşkəsi qəbul etmirik! - İran XİN
-
Magazin210:04Məşhur aktyor yatıb ayılmadı
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır





























.jpg)



.jpg)
