Sosial
AQTİ səriştəlilik sınaqlarında iştirak etdi
Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində zəruri tədbirlər görülür.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən Publik.az-a verilən məlumata görə, müayinə nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin işçilərin səriştəliliyinin artırılması məqsədilə beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.
Keçən ilin yanvar-dekabr ayları ərzində institutun laboratoriyaları ümumilikdə 120 parametr üzrə Fransa, İngiltərə, Hollandiya, Türkiyə və Amerikanın nüfuzlu laboratoriyaları ilə səriştəlilik sınaqlarında iştirak edib. Səriştəlilik sınaqları əsasən balda keyfiyyət və təhlükəsizlik göstəriciləri, ətin mənşəyi, GMO müayinələri, şərabda təhlükəsizlik və keyfiyyət göstəriciləri, quru meyvələrdə və çərəzlərdə aflatoksin müayinələri, qida məhsullarında ağır metal və digər zəhərli toksikoloji parametrlər və mikrobioloji müayinələr ilə əlaqədar olub. Bununla yanaşı, institutun heyvan sağlamlığı və bitki sağlamlığı sahəsində fəaliyyət göstərən laboratoriyaları təhlükəsizlik göstəriciləri üzrə İngiltərə və Rusiya ilə qarşılıqlı səriştəlilik sınaqlarında iştirak edib.
Qeyd edək ki, 100–dən çox ölkənin iştirak etdiyi səriştəlilik sınaqlarında Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları yüksək nəticə əldə edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
