Sosial
Bakıda bu bağçalar işləmir - İKİ FƏRQLİ QƏRAR
Bakıda yerləşən və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan bağçalar fəaliyyət göstərmir.
Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçaların fəaliyyəti ilə bağlı qərar verilmişdi.
Bildirilirdi ki, aprelin 5-dən Bakı başda olmaqla sözügedən şəhər və rayonlarda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanacaq. Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləmişdi.
Lakin sonradan təhsil naziri Emin Əmrullayev canlı yayında bağçaların bağlanmayacağını açıqladı. Bildirdi ki, qərar ləğv olunub.
Bu iki fərqli qərar aprelin 3-də elan olunsa da dolğun izah verilmədi.
Bu gün isə bir çox valideynlərə məlum olub ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan bağçalar işləmir.
"Təhsil nazirinin dedikləri bizim bağçalara aid deyil. Nazir açıqlama verəndən sonra Bakı Şəhər İcra Hakimiyyətindən bizə bildirildi ki, nazir dedikləri bu bağçalara aid deyil", - deyə həmin bağçalardan bildiriblər. (musavat.com)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
