Sosial
Samuxda mərasimlərin keçirilməsinin qarşısı alındı
Samux rayon Polis Şöbəsinə (RPŞ) rayonun Nəbiağalı qəsəbəsində nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsi dayandırılıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 7 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.
Davam etdirilən tədbirlərlə rayonun Çobanabdallı kəndində də yas mərasiminin keçirilməsi aşkar edilib ki, RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib.
Bundan başqa rayonun Sərkar kənd sakininə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, yas mərasimi keçirməsi aşkar edilərək, mərasim dayandırılıb, iştirakçılarla bir daha profilaktiki söhbətlər aparılaraq barələrində inzibati tədbir görülüb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)