Sosial
Bakının bu ünvanında evlər plana düşdü - Sakinlərə əlavə bir otaq da veriləcək - FOTO
Bakının Nərimanov rayonunda plana düşən yaşayış binalarının söküntüsünə başlanılacaq.
Söküntü işləri ilk olaraq Ağa Nemətulla küçəsində yerləşən plana düşən binalardan başlanacaq. Artıq Ağa Nemətulla küçəsi 32 ünvanındakı binanın söküntü işlərinə hazırlıq görülür.
Nərimanov rayon İcra Hakimiyyətindən verilən məlumata görə, adıçəkilən layihə pilotdur. Qeyd edilir ki, həmin ərazilərdə bir neçə bina artıq sökülüb.
“Sakinlərlə danışıq aparılır. Binanın sakinləri tam şəkildə köçürüləndən sonra söküntü işlərinə başlanılır. Sakinlər üçün kirayə mənzillər ayrılır.
Vətəndaşların kirayə haqqı, daşınma üçün lazım olan vəsait və digər xərclər pilot layihəni reallaşdıran şirkət tərəfindən ödənilir. Sökülən binanın yerində yeni bina tikiləndən sonra vətəndaşlara hazırkı mənzillərinin sahəsindən çox kvadratlı yeni mənzillər verilir.
Elə mənzil sahibləri olacaq ki, onlara hətta əlavə bir otaq da verilə bilər. Yeni mənzillər tam təmirli olacaq. Orada hər mənzil sahibi ilə fərdi olaraq danışıqlar aparılır və müqavilə də fərdi olaraq bağlanılır”, - deyə qurumdan bildirilib.
Qeyd edək ki, 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi və Nazirlər Kabinetinə təqdim etdiyi istismara yararsız olan qəzalı binaların sayı 17-dir.
Bu 17 binanın çoxu Sabunçu rayonu ərazisindədir. Bundan başqa Xətai, Səbail, Nərimanov, Yasamal rayonu ərazisində də var. 2020-ci ildə koronavirus pandemiyası ilə bağlı söküntü-tikinti işləri dayandırılmışdı. Göründüyü kimi işlərə Nərimanov rayonundan start verilir. (baku.ws)
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi





















.jpg)



















