Sosial
Bu istiqamətdə görülən işlər unikaldır - Deputat
“Ölkə başçısı mütəmadi olaraq rayonlara bu cür səfərlər edir. Təbii ki, bu səfərlər zamanı vacib açılışlar həyata keçirilir. Cənab prezident müxtəlif təyinatlı infrostruktur obyektlərinin açılışlarını edir. Hacıqabula edilən bu səfər də bu baxımdan əhəmiyyətlidir. Ölkə başçısı bu səfər zamanı ərzaq təhlükəsizliyinin təmin olunmasından danışdı. Dövlət rəhbəri vurğuladı ki, Hacıqabulun torpaqları digər rayonların torpaqlarından keyfiyyətcə geri qalır. Amma buna baxmayaraq, yaradılan aqroparklar yüksək məhsuldarlığı təmin edir”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib. Ölkə başçısının Hacıqabul səfəri ilə bağlı fikirlərini bölüşən deputat yada salıb ki, hətta ölkə başçısı bununla bağlı bir neçə misal da gətirdi:
“Yəni, taxılçılıq sahəsi ilə bağlı ümumi ölkə göstərici hər hektarda 30 sentner olduğu halda yeni aqroparkda hər hektardan 60 sentner məhsul götürülür. Bu da 6 ton edir. Bu da onu göstərir ki, yanaşma unikaldır. Ən qabaqcıl texnologiyalar tətbiq olunur. Bu da Azərbaycanda kənd təsərrüfatının inkişafının yeni mərhələsi kimi qəbul oluna bilər. Son dövrlərdə diqqət yetirsək görərik ki, kənd təsərrüfatının inkişafı sahəsində çoxsaylı innovasiyalar tətbiq olunmaqdadır. Eyni zamanda, bu sahəyə dövlətin yaxından dəstəyi müşahidə edilir. Bu da bir daha onu sübut edir ki, birbaşa ölkə prezidenti aqrar sahənin ən yüksək kriteriyalar daxilində inkişafına xüsusi diqqət yetirir”.
Elşad Mirbəşiroğlunun sözlərinə görə, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində atılmış addımlar öz səmərəsini verməkdədir:
“Ölkə prezidenti xatırlatdı ki, son illərdə 2 milyard manat civarında aqrar sahəyə sərmayələr qoyulub. Bu sərmayələrin qoyuluşunda iş adamları da iştirak ediblər. Dövlətlə yanaşı özəl sektor da sərmayə qoyuluşuna qatılıb. Dövlət həmin mərhələdə özəl sektora subsidiyaların, güzəştli kreditlərin verilməsi kimi məsələlərdə dəstək olub”.
Millət vəkilinin fikrincə, vacib məqamlardan biri də ondan ibarətdir ki, ölkə prezidenti yaxın zamanlarda Azərbaycanın südə olan tələbatının 100 faiz ödəmək imkanının olacağını bildirdi:
“Həyata keçirilən islahatlar, bu istiqamətdə atılan addımlar öz bəhrəsini verir, hədəfə yönəlikdir. Hesab edirəm ki, aqrar sənayenin inkişafı istiqamətində aqroparkların yaradılması istiqamətində Azərbaycan standartlarını formalaşdırmaq istəyindən və iradəsindən irəli gəlir. Həqiqətən də bu aqroparklar öz unikallığı ilə seçilir. Əsas hədəf yüksək və keyfiyyətli ərzaq məhsullarının əldə olunmasıdır. Bu iş də uğurla həyata keçirilməkdədir”.
Tural Turan
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...



































.jpg)
.jpg)

