Sosial
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi - FOTO
Şəmkir Rayon İcra Hakimiyyətində yeni yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə daha bir təyinat olub.
Publika.az-ın yerli bürosunun verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Şəmkir Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Belə ki, Şəmkir RİH başçısı Alimpaşa Məmmədovun müvafiq əmri ilə qeyd olunan şöbənin böyük məsləhətçisi vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş Musayev İlkin Fikrət oğlu təyin edilib.
Qeyd edirik ki, İlkin Musayev 1994-cü ildə Sabirkənd kəndində anadan olub, Bakı Dövlət Universitetini bitirib.
Ailəlidir, 2 övladı var.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı

































