Sosial
Mir Şahin “Sovetski”dən süjet hazırladı - ŞOK DETALLAR/VİDEO
Real TV-də yayımlanan "Mir Şahinin vaxtı" verilişində “Sovetski” kimi tanınan ərazinin köçürülmüş sakinlərinin problemlərinə toxunulub.
Publika.az verilişdən həmin hissəni təqdim edir:
İndi isə son zamanlar sosial şəbəkə fəallarının intensiv şəkildə işlədiyi həssas bir qrup və onların problemlərinə toxunmaq istəyirəm. Söhbət bir zamanlar “Sovetski” kimi tanınan ərazinin köçürülmüş sakinlərinin qaldırdığı problemlərdən, o problemlərin gözünə qatılaraq hakimiyyətə qarşı qaldırılan insanlardan gedir… Bir az əvvələ qayıdaq. Bu gün keçmiş Sovetski ərazisində, hamımızın məmnuniyyətlə istifadə etdiyi, istirahət və gəzinti məqsədilə asudə vaxtımızı keçirdiyimiz parkın ona qədərki görünüşü, yeri, vəziyyəti yəqin çoxunun yadındadır. Sovet hakimiyyəti zamanında bu ərazidəki yaşayış evlərinin çox hissəsinin tikinti norma və tələblərinə cavab vermədiyi və insanların sağlığı üçün normal şəraitin olmadığına görə əhalinin bu ərazidən köçürülməsi qərara alınsa da, işin həcmi və mürəkkəbliyi, həm də böyük vəsaitin tələb olunması səbəbindən nəzərdə tutulan işlərə başlanmamışdı. Amma Azərbaycan müstəqlillik əldə edəndən, ölkənin siması dəyişməyə başlayandan və ilk növbədə sosial rifahın əsas hədəf kimi qarşıya qoyulmasından sonra Sovetski mövzusuna yenidən qayıdıldı. Sakinlərə ödənilən kompensasiya hesabına onlar yaşayış üçün normal tələblərə cavab verən evlər alaraq məskunlaşdılar. Elə başa düşmək olardı ki, abadlıq və rahatlıq prosesi daha bir böyük ünvanı əhatə edəcək. Amma. Dövlətin sosial məsələlərə xüsusi həssaslıq nümayiş etdirməsi, ən kiçik qayğıya görə də sadə adamın yanında olması dürüst anlaşılmadığndan yeni problemlər yarandı. Son zamanlar həmin ərazidən köçürülmüş sakinləri müxtəlif bəhanələrlə dövlət orqanlarının, Inzibati binalarının qarşısına yığlmasına çağırışlar edən və buna qismən nail olan, özlərini həmin sakinlərin nümayəndələri kimi qələmə verən bir qrup şəxslər meydana çıxdı. Araşdırmağa başladıq. Bir az tarixə qayıdaq. Bildiyimiz kimi, Bakı şəhəri İcra hakimiyyəti başçısının 12 dekabr 2013-cü il tarixli 501 nömrəli sərəncamına və Azərbaycan respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhərinin Baş planının icrasının təmin edilməsi ilə əlaqədar şəhərdə aparılan yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması və “Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması işlərinə 2014-cü ilin yanvar ayından başlanıb. Bu günə kimi ümumilikdə 6252 obyekt kompensasiya edilməklə satın alınıb, onlardan 6027 yaşayış və qeyri-yaşayış obyektlərinin sahiblərinə satqıdları əmlaklarına görə müvafiq qaydada hesablanmış kompensasiya ödənilib, 217 az sahəli mənzil sahibi olan sakinlərə və 8 obyekt sahibinə isə əmlakına görə Nərimanov rayonu Koroğlu Rəhimov və Fətəli Xan Xoyski küçələrində yerləşən 2 ədəd çoxmərtəbəli binalardan 217 təmirli mənzil və 8 qeyri-yaşayış sahəsi verilməklə əmlakları əvəzləşdirilib. Bu gün ayrı-ayrı dövlət qurumlarının qarşısına yönləndirilən bu insanların siması heç də həmişə belə qaşqabaqlı, qəzəbli olmayıb. Məsələn, buyurub baxa bilərsiniz: həmin sakinlər öz mənzillərini evlərini razılıqla satır, minnətdarlıq edirlər. Məsələn, burda gördüyünüz kimi:
Belə qiymətli kadrlar bizdə çoxdur. Demək olar ki, aparılmış bütün danışıqlar, bütün razılaşmalar bu qaydada qeydə alınıb. Hər kadrda da razı insanlar, anlayış, hətta zarafatlar belə… Ən maraqlısı da budur ki, yeri gəlmişkən, mənə maraqlı görünən bu nüans yəqin elə hüquq-mühafizə orqanlarına da maraqlı görünməlidir, qısası ən maraqlısı budur ki, insanların qabağına düşüb onlara dırnaqarası yol göstərənlər arasında sadəcə şübhəli şəxslər də var. Niyə şübhəli? Ona görə ki, özünü Sovetski sakini kimi təqdim edən, görünür ki, qətiyyən Sovetskili deyil, ikincisi də heç adını və soyadını da doğru demir. Məsələn bu adam kimi.
İndi isə bu adama qulaq asın.
Eyni adam deyil? Birinci halda SOCAR-la mübarizə aparan Ruslan Cəlilov. Ikinci halda isə Sovetski sakini. Yusifzadə Rauf. Özü də verdiyi başqa bir məlumata görə yaşayır Abşeron rayonunun Ceyranbatan qəsəbəsində. Təbii ki, dəqiqliyini yoxlamaq lazımdır. Belə anlaşılmazlıqlara görə Sovetski məsələsini bir az daha təfərrüatlı öyrənmək lazım gələcək. Məsələn, narazılar arasında, araşdırmalarıma görə, kompensasiya kimi aldığı vəsaitə özünə ev və ya evlər alan şəxs də var. Aynur Bədəvi kimi. Amma meydandadır… Deyim ki, Səbinə Nadirzadə, Balacaxanım Süleymanovanın da işi ilə məşğulam. Məsələn, Səbinə xanım ən fəallardandır. Amma məsələ burasındadır ki, o Sovetskidə yaşamaqdadır. Nə pul alıb, nə mənzil verib. Bildiyimə görə təklif olunan məbləğlə razılaşmayıb. Və onu narahat edən də yoxdur. Amma Səbinə xanım 1 milyon 800 min manat pul istəyir! Ona da deyirlər ki, yaşayın o qiymətə hesab etdiyiniz evinizdə, Allah ömür versin. Amma o 1 milyon 800 min manat tələb edir!!! Üstəlik evinin yerləşdiyi ərazidəki torpaq sahəsini öz adına xüsusi mülkiyyətə çevirmək və həmin torpaq sahəsini yenidən dövlətə və arzu etdiyi, daha yüksək qiymətə satmaq arzusundadır. Göründüyü kimi bu qəribə aksiyaların aksionerləri əməlli-başlı pul qazanacaqlarını güman edərək məlumatsız, sadə insanları şirnikləndirməklə öz maraqları uğrunda mübarizə aparırlar. Elə buna görə də məsələni araşdırmağa start veririk. Real TV bu araşdırmaların nəticələri ilə sizi müntəzəm tanış edəcək. Məsələnin həssas olduğunu nəzərə alaraq başqa televiziyalardan olan həmkarlarımızı da kənarda qalmamağa dəvət edirəm.
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar