Sosial
Qida Təhlükəsizliyi İnstitutunda növbəti “Açıq qapı” günü keçiriləcək
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Açıq qapı” layihəsi davam edir.
Qurumdan Publika.az-a verilən məlumata görə, Agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşlar üçün növbəti “Açıq qapı” günü 7 may tarixində, saat 11:00-13:00-da keçiriləcək. "Açıq qapı" günü COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər nəzərə alınmaqla keçiriləcək.
"Açıq qapı" gününün keçirilməsində məqsəd vətəndaşların istehlak etdiyi qida məhsullarının İnstitutun laboratoriyalarına qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər keçdiyi mərhələləri əyani şəkildə onlara göstərmək, eyni zamanda laboratoriyaların imkanları, maddi-texniki bazası və bu sahədə görülən işlərin daha geniş auditoriyaya təqdim edilməsidir.
“Açıq qapı” günlərində iştirak etmək istəyən vətəndaşlar (012) 565 12 72, daxili (206) telefon nömrələrinə zəng edib qeydiyyatdan keçməklə İnstitutun laboratoriyalarına baxış keçirə və qida məhsullarının yoxlanılması prosesində iştirak edə bilərlər.
Qeyd edək ki, bundan əvvəlki “Açıq qapı” günlərində vətəndaşlar və bir sıra media nümayəndələri iştirak edib və qida təhlükəsizliyi sahəsində onları maraqlandıran suallar AQTİ mütəxəssisləri tərəfindən əyani şəkildə cavablandırılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
