Sosial
Qəbul etmirik, boş sözdür: bu qədər bəsit... - MƏNSİMOV
ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatın heç bir tarixi əsası yoxdur.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Palmali Şirkətlər Qrupunun rəhbəri, tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, Türkiyə tarixi ilə üzləşməkdən heç bir zaman yayınmayıb və hər zaman tarixçilərə müraciət edərək arxivlərin açılmasını tələb edib:
“Buraxın, tarixçilər bunu araşdırsın” deməsi və 3-cü ölkələrə arxivlərini açması da buna sübutdur. Amma ermənilər heç bir zaman bununla razılaşmayıb. Ermənilər və onları əllərində alət edən böyük dövlətlər 24 aprel tarixini siyasi məqsədləri və Türkiyəyə qarşı şantaj üçün istifadə ediblər. Haylar hər il bu tarixdə diqqəti öz üzərlərinə çəkə biliblər. Və nəhayət, “soyqırım” sözünü Baydendən də eşitdirdilər. Dincəldilər”.
M.Mənsimov qeyd edib ki, ermənilər qulaqlarını açıb eşitsinlər: biz Xocalını unutmamışıq və heç vaxt unutdurmayacayıq:
“1992-ci ildə Xocalıda törədilmiş vəhşiliyi, vandallığı, soyqırım cinayətini məhz onlar törətdilər. Bu qədər sübutlar, şəkillər, videolar, canlı şahidlər var. Faktları erməni faşist rəhbərləri özləri də etiraf edir, amma dünya onu soyqırım kimi qəbul etmir! Dünya erməni vəhşilərinin Xocalıda törətdiyi soyqırıma susur. Bayden isə erməni yalanına susa bilməzdi, çünki seçicilərinə söz vermişdi. Və sözünü tutdu. Biz də ABŞ prezidentinin “soyqırım” sözünü qəbul etmirik. Sözdü də. Bu qədər bəsit”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





