Sosial
“Sovetski” sakinlərinin aksiyası ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI - VİDEO
Bu gün, böyük bərpa çağında dağılmış evinin məzarı başında ağlayan bu adama lazımdır ev, Yasamalda- Sovet xiffətiylə gizildəyən sakinlərimizə yox...
Özü də Seymur tək deyil, on minlərlə. yüz minlərlədi... Mən keçən görüşümüzdə demişdim ki, Yasamal rayonunun keçmiş Sovetski rayonunda yaşayan sakinlərinin problem və tələblərini araşdıracam. Bu gün məsələ üzərində daha ətraflı dayanacam. Ona görə ki, özünü zərərçəkmiş hesab edən bir qrup yasamallı bacı-və qardaşlarımda keçən çıxışımdan sonra, bir sıra suallar yaranıb. Onlar hətta mənimlə görüşmək də istəyiblər. Buyurun, "Mir Şahin vaxtı”-nın bundan sonrakı dəqiqələri Sizindir. Görüş istəmisiz, görüşək. Xoş gəlmisiniz. Buyurun. Amma əvvəlcə bir söz deyim: Mən keçən dəfə dedim ki, Sovetski sakinlərinin böyük bir qrupundan bəzi fürsətcillər, əldən, dildən pərgarlar istifadə etmək istəyir. Amma heç yerdə deməmişik ki, Sovetski sakinləri dövlət əleyhinə çıxış edir filan. Təkrar edirəm. məlumatsız, məsum, bəzən isə sadəcə işin gedişindən xəbərsiz insanları- asan pul ala biləcəyinə inandıranlar var. Beləliklə. Görüşək deyirsiz, görüşək. Xoş gəlmisiz Fərid. Fərid Vaqif oğlu Bağırov. Sənin çıxışını sosial şəbəkələrdə izləmişik. İnciməzsinizsə, bizim verilişdə də izləyək:
Beləliklə, gördüyünüz kimi Fərid Bağırov aksiyada əlində müəyyən sənədlər göstərir və həmin sənədlərdə qeyd olunan 142,0 kv.metr sahədə 3 mərtəbəli yaşayış evinin ona məxsus olduğunu, bu evin onun xəbəri olmadan içərisində əşyalarla birlikdə Komissiya tərəfindən sökülərək dağıdıldığını, özünün isə bu zaman Türkiyədə olduğunu bildirir. Amma elə deyil, Fərid müəllim! Göstərdiyiniz sənədlərdə əks olunan daşınmaz əmlaka görə mülkiyyətçilərə, o cümlədən atanız Vaqif Əli Abas oğlu Bağırova artıqlaması ilə vəsait ödənilib. Təqdim etdiyiniz sənədlərdə Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 40 ünvanda göstərilən 3 mərtəbəli yaşayış evi üzrə aparılan araşdrıma ilə müəyyən edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Vaqif Əli Abas oğlu Bağırovun adına 19 iyun 1999-cu il tarixdə verilmiş FM seriyalı, 000723 nömrəli “Qeydiyyat Vəsiqəsi”nə əsasən həmin yaşayış evi atanız - Vaqif Əli Abas oğlu Bağırovun, əminiz- İbrahim Əli Abas oğlu Bağırovun və babanız - Əli Abas Mirzə oğlu Bağırovun paylı mülkiyyətində olub. Bu mülkiyyətçilər arasında sonradan başqa əminiz - İsabala Əli Abas oğlu Bağırov da qoşulmaqla mütəmadi mübahisələr olub, sonra isə mübahisə məhkəmə müstəvisində davam edib. Xeyli müddətdən sonra 2016-cı ilin 18 noyabr tarixində məhkəmənin nəticəsi olaraq notarial qaydada “Barışıq Sazişi” tərtib edilmiş və onların yaşayış evləri üçün Komissiya tərəfindən hesablanmış 437,5 min manat məbləğində kompensasiyanın aşağıdakı qaydada aralarında bölünməsi razılaşdırılıb.
Vaqif Əli Abas oğlu Bağırov üçün - 207,4 min manat;
İsabala Əli Abas oğlu Bağırov üçün - 50,0 min manat;
İbrahim Əli Abas oğlu Bağırov üçün - 180,1 min manat;
Cəmi - 437,5 min manat.
Bundan sonra onlarla Bakı şəhəri 19 saylı notariat kontorunda 2016-cı il 14 dekabr tarixində Yasamal Rayon İcra Hakimiyyətinin etibarlı nümayəndəsi arasında qeyd edilən yaşayış evinin alqı-satqısı barədə 0592583 nömrəli müqavilə bağlanıb və həmin gündən etibarən faktiki olaraq daşınmaz əmlak dövlət mülkiyyətinə keçib. Alqı-satqı müqaviləsində satıcılar, yəni yuxarıda adlarını çəkdiyimiz mülkiyyətçilər bundan sonra bu daşınmaz əmlakla əlaqədar heç bir iddialarının olmayacağı və bu əmlakı qısa müddət ərzində boşaldaraq alıcıya – Yasamal Rayon İcra Hakimiyyətinə təhvil verəcəkləri barədə öhdəlik götürmüşlər.
Onu da deyim ki, Fərid, mənim qardaşım, siz, sözügedən daşınmaz əmlakın notariat kontorunda alqı-satqısı zamanı adınızdan daşınmaz əmlakın satılmasına razılıq hüquqlarınızı 6 saylı Notariat kontorunda 23 dekabr 2007-ci il tarixdə tərtib edilmiş 73952 reyestr nömrəli etibarnamə əsasında atanız – Vaqif Əli Abas oğlu Bağırova vermisiz və atanız da həm öz adından, həm də Sizin adınızdan alqı-satqı müqaviləsinə imza atıb.
Bir məqama da aydınlıq gətirmək istərdim. Bu əmlaka dair yuxarıda adı çəkilən “Qeydiyyat Vəsiqəsi”ndə evin yardımçı sahə (yarımzirzəmi) ilə birlikdə ümumi sahəsi 184,4 kv.metr göstərilib, lakin Komissiya tərəfindən evin faktiki sahəsinə görə, yəni 286,5 kv.metr sahəyə görə kompensasiya hesablanaraq ödənilib. Onu da qeyd edirm ki, evin zirzəmisinin 32,6 kv.metr hissəsinin (hündürlüyü 2,2 metr, anbar) 1 kv.metri 1 200,00 manata , qalan hissəsinin isə (hündürlüyü 2,5 metr) 1 kv.metri 1 500,00 manata qiymətləndirilərək ümumi kompensasiya məbləğinə daxil edilib.
Təkrar edirəm, Fərid Bağırovun söylədikləri fikirlər tamamı ilə əsassızdır. Onun təqdim etdiyi etibarnamə əsasında alqı-satqı müqaviləsini atası – Vaqif Bağırov imzalayıb və kompensasiya məbləği də müvafiq bankdan nağd qaydada atası tərəfindən götürülüb. Həmçinin Fərid Bağırovun söylədiyi “142,0 kv.metr sahəsi olan ev üçün kompensasiya almamışam” kimi şaiyənin əksinə olaraq 286,5 kv.metr sahə üçün kompensasiya hesablanaraq ödənilib. Hesablama zamanı evin zirzəmisi də müvafiq qaydada hesablanaraq kompensasiya məbləğinə əlavə edilib. Bununla da, Fərid Bağırovun dediklərinin yhüngül desək, yalan, ağır desək böhtandan başqa bir şey olmadığını görürük. Bax mən buna görə deyirdim və deyirəm ki, dinc sakinləri aldatmaq yolu ilə müvafiq dövlət orqanlarının qarşısına toplamaqla dövlətdən əlavə vəsait almaq niyyətində olanlar var! Bax bunlara görə deyirəm ki, məlumatsız-məsum sakinlər Fərid Bağırov, Səbinə Nadirzadə, Balacaxanım Süleymanova, Aynura Bədəvi, Elnarə Hüseynova, Sevil Abdullayeva və Nazilə Zərbəliyeva kimi dırnaqarası liderlərin əsassız çağırışlarına inanmasınlar. Xüsusilə bu günlər, dövlətin işğaldan azad edilmiş ərazilərə, qazilərə, şəhid ailələrinə xüsusi diqqət yetirdiyi bir vaxtda düşünsünlər...
Özünüz gördünüz ki, təkcə Fəridin şəxsində ev necə satılıb, pulu necə ödənilib. Bu həftə gözəl və xarizmatik xanım Səbinə Nadirzadənin də səlis, əla tələffüzə malik nitqinə qulaq asdım. Az qala inanmışdıq...
Səbinə Nadirzadə sakinləri qanunsuz keçirilən aksiyalar zamanı ancaq “torpaq pulunu istəyirik” tələbi ilə haray salmağa təhrik edir və həmin ərazidə torpağın bazar dəyərinin çox yüksək olduğunu deyir. Amma araşdırmam zamanı, məhz sənədlər əsasında müəyyən etdim ki, evlərinin yerləşdiyi ərazilərdəki torpaq sahələri xüsusi mülkiyyətdə olan sakinlərə həmin torpaq sahələrinə görə də əlavə olaraq kompensasiya hesablanaraq ödənilib. Hamayıl Xəlilova, Sevda Musayeva, Simnar Hacıyeva, Aybəniz İskəndərova, Mətanət Səfərova və onlarla belə adlar çəkə bilərəm. Onu da deyim ki, yaşayış və qeyri-yaşayış obyektləri dövlət ehtiyacları üçün alınmış “Sovetski” adlanan ərazi Bakı şəhərinin Baş planına uyğun olaraq Dəmir Yolu Vağzalından başlayaraq Hüseyn Cavid parkına (Landau küçəsinə) qədər salınmalı olan “Yaşıl Zolaq” layihəsinə daxildir. Yəni həmin ərazidə mövcud olan bütün obyektlər bu layihənin icrası üçün satın alınır. Həmin ərazidə qazanc əldə etmək, yəni biznes məqsədi ilə hər hansı bir obyektin tikilməsi nəzərdə tutulmamışdı. Və hamının gördüyü kimi, istifadəyə verilmiş bu gözəl parkın ərazisində belə bir obyekt inşa edilməyib. Bu ərazidə mövcud olan idman və əyləncə qurğuları, habelə kiçik ölçülü kafelər isə, yalnız sakinlərin ehtiyacını ödəmək və onların istirahətinin səmərəli keçirilməsini təmin etmək üçün quraşdırılıb.
Təbii ki, satınalmalar zamanı torpaq o vaxt dəyərli olur ki, onu qazanc və əlavə gəlir gətirən hər hansı bir obyektin tikintisi üçün satın alırsan. “Sovetski” adlanan ərazidə isə Bakının Baş Planına uyğun olaraq “Yaşıl Zolaq” layihəsinin icrası nəzərdə tutulduğu uçun həmin ərazidə torpaqların (həmçinin tikililərin) kommersiya məqsədi ilə sakinlərdən satın alınması qadağan olunub. Belə olan halda bu ərazidə yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin qiyməti heç də tələb edildiyi həddə yüksək ola bilməz.
Özlərini “sakinlərin nümayəndələri” kimi təqdim edənlər, o cümlədən bu saat da evində rahat yaşamaqda davam edən Səbinə Nadirzadəyə ərazidən köçürülən sakinlər üçün kompensasiyanın hesablaraq ödənilməsi proseduru barədə aşağıdakı arayışı təqdim etmək istəyirəm.
“Sovetski” ərazisində obyektlərin dövlət tərəfindən satın alınması məqsədi ilə alan orqan kimi müəyyən edilmiş Yasamal Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Komissiya ilə vətəndaş arasında ilkin olaraq “Razılaşma Protokolu” bağlanılır və bu protokol hər iki tərəfdən, yəni həm Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən, həm də sakinlər tərəfindən imzalanır. Bundan sonra “Razılaşma Protokolu”na uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin etibarlı nümayəndəsi ilə sakin arasında notariat kontorda alqı-satqı müqaviləsi imzalanır. Məhz bundan sonra alqı-satqı müqaviləsinin surəti əlavə edilməklə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq ərazi xəzinədarlıq orqanına alqı-satqı müqaviləsində göstərilən məbləğdə vəsait ayrılması barədə sifariş göndərilir. Sifariş və ona əlavə edilmiş sənədlər yerli xəzinədarlıq orqanında yoxlandıqdan sonra yenidən araşdırılması üçün Baş Xəzinədarlıq İdarəsinə göndərilir və sənədlər qaydasında olduğu halda sənədlərdə göstərilən (alqı-satqı müqaviləsində) məbləğdə vəsait sakinlərə ödənilmək üçün Yasamal Rayon İcra Hakimiyyətinə ayrılır. Yasamal Rayon İcra Hakimiyyəti isə həmin vəsaiti müvafiq notariat kontorunun depozit hesabının yerləşdiyi müvəkkil bankda sakinlərin adına açılmış hesaba köçürür və bu vəsait sakinlər tərəfindən nağd qaydada götürülür. Və mən keçən görüşümzdə belə hallardan birini göstərmişdim. İndi isə daha bir neçəsini təqdim edirəm:
Bir məqamı da qeyd etməyi zəruri hesab edirəm. Sakinlərə məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin sahələrinin ölçülərək sənədləşdirilməsində Komissiyanın 7-8 nəfər üzvü, müstəqil qiymətləndirici şirkətin 2-3 nəfər eksperti və obyektin mülkiyyətçisinin və ya istifadəçisinin ailə başçısı, çox halda isə bir neçə ailə üzvləri iştirak edib və nəticə barədə tərtib edilən sənədlər onlar tərəfindən imzalanıb. Məndə bütün bu proseslərin sübutu kimi faktlar var.
Görünən də budur ki, Komissiya yaşayış evlərinin sahələrinin ölçülməsi və kompensasiyanın hesablanaraq ödənilməsi işlərində şəffaflığı təmin edib. Dövlət büdcəsindən sakinlərlə razılaşdırılmış məbləğdə vəsait ayrılır və bu vəsaiti də sakinlər bankdan nağd qaydada götürür. Deməli sakinlərin nümayəndələri kimi özlərini təqdim edənlərin, o cümlədən Səbinə Nadirzadənin “bizə ayrılan vəsait mənimsənilir” ifadəsinin ən azı həqiqətə uyğun olmadığı, daha sərt desək böhtan olduğu görünür.
Daha bir nəticəm. Maliyyə Nazirliyinin məmurları kompensasiyanın ödənilməsi prosesində ümumiyyətlə iştirak etmirlər. Hesablanmış kompensasiya məbləğini hökümət Yasamal Rayon İcra Hakimiyyətinin müvafiq xəzinə hesabına köçürür. Yəni iş elə qurulub ki, Maliyyə Nazirliyinin məmurları istəsələr də həmin vəsaitə müdaxilə edə bilməzlər. Dövlətdən isə sakinlərə Hesablanmış kompensasiya məbləğində vəsait ayrılır, yəni bundan artıq vəsait verilmir və verilə də bilməz. Çünki, hər bir vəsaitin arxasında alqı-satqı müqaviləsi, ailənin siyahısı və Yasamal Rayon İcra Hakimiyyıtinin sifarişi olmalıdır. Həmin vəsait isə sakinlərin özləri tərəfindən müvafiq bankdan nağd qaydada götürürlür.
Səbinə Nadirzadənin məhkəmə çəkişməsi ilə əlaqədar dediklərini də araşdırdım. Yasamal Rayon İcra Hakimiyyətindən aldığım məlumatdan, habelə müvafiq sənədlərdən də görünür ki, Səbinə Nadirzadə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə zidd olaraq ona məxsus yaşayış evinin sahəsini ölçərək müəyyən etmək üçün Komissiyanı və müstəqil qiymətləndiriciləri uzun müddət evinə buraxmayıb. Buna səbəb kimi gah deyi ki, həyat yoldaşı evdə deyil, gah deyib ki, özünün vaxtı yoxdur, hə bir dəfə də deyib ki, komissiya üzvlərinin sayı çox ol duğundan evə buraxa bilməz.
Ümumiyyətlə, öz ittihamlarında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun adını tez-tez çəkən Səbinə Nadirzadənin nəzərinə çatdırmaq istəyirəm ki, həmin Qanuna əsasən yaşayış evinin sahəsini müəyyən etmək məqsədi ilə gələn Komissiya üzvlərinin evə buraxılmaması inzibati məsuliyyət yaradır və buna görə Komissiya tərəfindən ona qarşı müəyyən məbləğdə cərimə də tətbiq edilə bilərdi. Bax bu məsələdə məncə Komissiyanı hətta tənbeh də etmək olardı, çünki lazımsız yerdə humanistlik göstərib, bu tədbirə əl atmayıb. Çünki, məhz buna görə, yəni Səbinə Nadirzadə yaşayış evinin sahəsini ölçməyə imkan vermədiyi üçün komissiya tərəfindən həmin evə kompensasiya məbləğini müəyyən etmək mümkün olmamış və bu səbəbdən də Yasamal Rayon İcra Hakimiyyəti məhkəməyə müraciət edərkən bu ev üçün ilkin olaraq simvolik bir məbləğ göstərməyə məcbur olub. Məhkəmənin gedişində Yasamal Rayon İcra Hakimiyyətinin qaldırdığı vəsadətə uyğun olaraq hakimin tələbi ilə Səbinə Nadirzadənin evinin sahəsini müəyyən etmək mümkün olub və Rayon İcra hakimiyyəti həmin ölçülərə əsasən obyektiv olaraq hesablanmış kompensasiya məbləği barədə məhkəməyə ilkin olaraq təqdim etdiyi iddia ərizəsində dəyişiklik edərək bu məbləği 408,9 min manata çatdırıb.
Onu da deyim ki, Səbinə xanıma məxsus olan yaşayış evinin sənəd üzrə sahəsinin 126,1 kv.metr olmasına baxmayaraq ona təklif edilən dörd yüz səkkiz min doqquz yüz manat kompensasiya məbləği evin faktiki sahəsinə, yəni sənəddə göstəriləndən xeyli çox sahəyə görə - 267,6 kv.metr sahəyə görə hesablanıb. Bir faktı da əlavə edim: Səbinə Nadirzadə evinin sahəsini yeni tikililər hesabına artırmaq üçün lazımı dövlət orqanlarından icazə almayıb, yəni qanunsuz olaraq “özbaşına tikili”lər inşa edib. Buna baxmayarq, humanist komissiya tərəfindən ona qanunsuz tikdiyi “özbaşına tikililər” üçün də kompensasiya hesablayıb. Baxmayaraq ki, qanunvericiliyə əsasən vətəndaşın “özbaşına tikili”yə görə heç bir vəsait tələb etmək hüququ yoxdur. Lakin, “Sovetski”dən köçürülən sakinlərə bu məhdudiyyətlər tətbiq edilməmişdir, yəni bütün tikililərə görə kompensasiya ödənilmişdir.
Hə, bir əlavəm də var: Səbinə Nadirzadəyə qeyd etdiyim kompensasiya məbləği ilə bərabər otuz bir min dörd yüz manat maddi yardım da ödəniləcəyi bəyan edilib. O ki qaldı, Sovetskidən köçürülənlərin guya dözülməz şəraitdə yaşamağa məcbur olmasına, gəlin, sadəcə Sovetski adlandırılan ərazidən Nərimanov rayonu ərazisinə köçürülmüş sakinlərdən birinin qapısını döyək. Heç nə demədən mənzərəni təqdim edirəm.
İndi isə başqa bir sakin, hörmətli Samir Elman oğlu Babayev barədə. İndi deyəcəklərimi əslində gələn görüşümüzün anonsu da hesab edə bilərsiniz. Sadəcə onu deyim ki, köçürülmüş vətəndaşa münasibət bu xanım bacımızın evində olduğu kimidir, Samirin iddia etdiyi tək deyil. “Samir Babayevin “Nə üçün dövlətin Bakılılara qiymət verməməsi, onları məcburi köçkünlərdən də aşağı tutması barədə iddialarına gələn görüşdə toxunacam. Və gizlətmirəm: hörmətli Samir qardaşımızın məncə çox təhlükəli, şəhərli-rayonlu düşüncələri ilə niyə hüquq-mühafizə orqanlarının xüsusi məşğul olmasına ehtiyac duyduğumu da izah edəcəm. Dəmir Yumruq nəticəsində düşmən üzərində qələbə çaldığımızdan heç altı ay keçməyib. Bu nə düşüncədi belə?! Nəsə, gələn həftənin mövzusuna girməyək. Sovetski mövzusunun sosial şəbəkələrdə zərərli şəkildə inkişaf etdirilməsi isə bir daha bu platformanın fəsadlarını gündəliyə gətirir. Şəhid Xudayarın lağa qoyulması, onu edənlərin elə bu şəbəkələrin qaydalarına yuğun olaraq linç edilərək döyülməsi,prosesin telefona çəkilərək, bu platformada da yayılması, bunu edənlərin özünə haqq qazandırması ondan xəbər verir ki, media haqqında qanunun qəbul edilməsini mümkün qədər sürətləndirmək lazımdır! Lazımdır ki, ardınca sosial medianın da fəaliyyətinin tənzimlənmə mexanizmini tapaq. Məsələn, Bu həftə İdman və gənclər naziri Azad Rəhimov vəfat etdi.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI