Sosial
"New Media Hub" platforması yaradılır
Gənclərin müxtəlif istiqamətlərdə inkişafı üçün daim yeni və uğurlu addımlar atan “Davam”ın növbəti addımı gənc jurnalistlərin, blogerlərin marağına səbəb olacaq. Belə ki, “Davam” Gənclər Hərəkatı Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində “New Media Hub” platformasını yaradır.
Publika.az xəbər verir ki, “New Media Hub” platforması "Trend" müstəqil informasiya agentliyi, "Yeni Müsavat" və "Teleqraf" media qrupları ilə birgə əməkdaşlıq nəticəsində təsis edilir. Bu platformanın yaradılması gənc jurnalistlərin, blogerlərin yetişdirilməsi, onların təcrübə qazanması və bu təcrübədən istifadə edərək davamçı jurnalist kimi fəaliyyət göstərməsi məqsədi ilə atılan mühüm addımlardan biridir.
Platforma daxilində gənc jurnalist və blogerlərin layihəyə cəlb edilməsi, onların xüsusi təlim, seminar, praktika və görüşlərdə iştirakı təmin ediləcəkdir.
“New Media Hub” platformasının yaradılması ilə gənc jurnalistlərin tez-tez üzləşdiyi, praktiki bacarıqların əldə edilməsi zamanı ortaya çıxan problemləri aradan qaldıraraq davamçı jurnalistlər şəbəkəsinin formalaşdırılması hədəflənir.
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
















.jpg)


















.jpg)


