Sosial
FHN nəzarət tədbirlərini davam etdirir - FOTO/VİDEO
Ötən il ərzində açıq sahələrdə, meşə və meşəətrafı ərazilərdə, eləcə də biçilmiş və biçilməmiş əkin sahələrində baş vermiş yanğın hadisələri və onların səbəbləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində təhlil edilib, yaz-yay mövsümündə, o cümlədən dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğınların daha çox baş verdiyi ərazilər müəyyən edilib.
Publika.az-ın xəbərinə görə, bunun nəticəsi olaraq, Xidmət tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə yanğınların baş vermə ehtimalı yüksək olan yerlərdə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr, həmçinin aidiyyəti təşkilatlarla birlikdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq, əkin sahələri və meşə ərazilərinin ətrafının, avtomobil və dəmir yolları, yüksək gərginlikli hava elektrik xətləri və digər kommunikasiyalar keçən və bunlara yaxın olan sahələrin şumlanması üsulu ilə yanğına qarşı mühafizə zolaqlarının yaradılması işlərinə başlanılıb.
Qeyd olunan məsələ ilə əlaqədar Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti təşkilatlara rəsmi müraciətlər ünvanlanıb, zəruri tədbirlərin həyata keçirilməsi və müvafiq rejimə əməl olunmasının əhəmiyyəti bir daha diqqətə çatdırılıb. Həmçinin, meşə mühafizəsi və bərpası müəssisələrinin, fermer təsərrüfatları və fərdi sahibkarların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi istiqamətində də müvafiq işlər həyata keçirilir.
Xidmət bu istiqamətdə tədbirlərini davam etdirir.
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm


































.jpg)
.jpg)

