Sosial
Şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim olundu - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Bakının Ramana qəsəbəsində daha 50 mənzil şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlillərinə təqdim edilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov və Mina qurbanlarının Sosial-İqtisadi Problemlərinin həllinə Kömək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov iştirak ediblər.
Müqəddəs Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edən Z.İbrahimov Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısından bəhs edib.
Qeyd olunub ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev veriləcək. Bu gün verilən 50 mənzil də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 420 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulan vətəndaşlara təqdim edilib. Ümumilikdə indiyədək bu kateqoriyalardan olanlara 9620 mənzil və fərdi ev verilib.
2021-ci ilin sonunadək ölkəmizin rayonlarında şəhid ailələri və müharibə əlilləri üçün 450 fərdi ev də tikilərək təqdim olunacaq.
M.Həsənov həssas əhali qruplarının sosial müdafiəsinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. O bildirib ki, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramının miqyasının ildən-ilə genişlənməsi də bunun bir təzahürüdür.
Mənzillərlə təmin olunan vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya,
bu bayram günündə mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
-
Nida Xəbər 13:50Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəldi
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...
-
Region10:25Türkiyə XİN Azərbaycanı təbrik etdi



































.jpg)

